13.05.2020, 17:40 - Baxış sayı: 788

“Fəlsəfi-məntiqi problemlər Azərbaycanın milli gerçəkliyi kontekstində (tarix və müasirlik)” kitabı nəşr olunub


“Fəlsəfi-məntiqi problemlər Azərbaycanın milli gerçəkliyi kontekstində  (tarix və müasirlik)” kitabı nəşr olunubBu günlərdə AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyevin “Fəlsəfi-məntiqi problemlər Azərbaycanın milli gerçəkliyi kontekstində (tarix və müasirlik)” kitabı (Bakı, 2020, səh. 272) nəşr olunub.
Kitab fəlsəfi-məntiqi problemlərin təhlilinə, onların spektirində dil və mədəniyyət məsələlərinə, habelə müasir insanları düşündürən və maraqlandıran sosial, siyasi, tarixi və bədii problematikaya və onlara verilən qiymətə həsr olunmuşdur. Kitabdan elmi işçilər, müəllimlər, doktorantlar, dissertantlar, tələbələr və geniş oxucu kütləsi yararlana bilərlər.
Kitabın elmi redaktoru f.e.d., prof. Arif Bünyatov, rəyçiləri f.e.d. prof. Məmməd Rzayev və f.ü.f.d., dosent Adil Sadıxovdur.