12.05.2020, 21:11 - Baxış sayı: 840

Fəlsəfə İnstitutunun alimləri orta məktəbdə keçirilən onlayn seminarda iştirak ediblər


Fəlsəfə İnstitutunun alimləri orta məktəbdə keçirilən onlayn seminarda iştirak ediblərAMEA Fəlsəfə İnstitutunun alimləri Bakı şəhəri 187 saylı orta məktəbin kollektivi tərəfindən ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “Tədris prosesində Heydər Əliyevin irsinin şagirdlərə mənimsədilməsi yolları” mövzusunda keçirilən onlayn seminarda iştirak ediblər.
Bir sıra ziyalıların və ictimai xadimlərin, o cümlədən coxsaylı müəllim və şagird kollektivinin iştirak etdiyi tədbirə respublikanın müxtəlif bölgələrindən pedaqoji kollektivlərin nümayəndələri də iştirak ediblər. Seminarda pedaqoji heyət tərəfindən AMEA Fəlsəfə İnstitutunun alimlərinin çıxışları dinlənilib. İnstitutun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə mükəmməl şəkildə öyrədilməsində və bu irsin dərki prosesində tədqiqat-tədris və təbliğat prosesinin vəhdətinin səmərələliyindən danışmış, bu əlaqələrin sıx şəkildə qurulmasının vacibliyini müxtəlif aspektlərdən izah etmişdir. Fəlsəfə İnstitutunun əməkdaşı Asiya Əhmədova dünya siyasətçilərinin nəzərində Heydər Əliyev müdrikliyinin özünəməxsusluğundakı məqamları nəzərə catdıraraq, şagirdlərin vətənpərvərliyində Heydər Əliyev dühasının milli və bəşəri xəzinə kimi rolunu əsaslandırmışdır. Sonra Ulu öndərin irsinin tədrisi ilə bağlı bir sıra müəllimlərin çıxışları dinlənilmiş, maraqlı müzakirələr aparılmışdır. Sonda şagirdlərin məlumatları və əl işləri konfrans iştirakçılarına nümayiş etdirilmişdir.