06.05.2020, 21:26 - Baxış sayı: 576

Fəlsəfə İnstitutunun doktorantı iki beynəlxalq konfransda iştirak edib


Fəlsəfə İnstitutunun doktorantı iki beynəlxalq konfransda iştirak edibAMEA Fəlsəfə İnstitutunun doktorantı Samirə Dadaşova 23-25 aprel 2020-ci il tarixində Fransanın paytaxtında keçirilən IV Paris beynəlxalq sosial elmlər adlı konfransda “Ekoloji biotexnologiyalar haqqında düşünərkən” (“THINKING ETHICALLY ABOUT ENVIRONMENTAL BIOTECHNOLOGY”) və 2-3 May 2020-ci il tarxində Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində keçirilən I Uluslararası etik kongresində “Texnologiya etikası:Texnologiyaların insan həyatına təsiri” (“ETHICS OF TECHNOLOGY: THE IMPACT OF TECHNOLOGIES ON HUMAN LIFE”) mövzusunda məqalə ilə iştirak edib.
Qeyd edək ki, hər iki konfrans koronavirus pandemiyası səbəbindən dünyanın bir çox ölkələrində elan olunan karantin rejimi ilə bağlı və təhsil ocaqlarının fəaliyyət göstərmədiyindən konfrans müasir online platforma (ZOOM) üzərindən keçirilib.
Hər iki məqaləsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanan Samirə Dadaşova sertifikatla təltif edilib.
Fəlsəfə İnstitutunun doktorantı iki beynəlxalq konfransda iştirak edibFəlsəfə İnstitutunun doktorantı iki beynəlxalq konfransda iştirak edib