15.04.2020, 16:36 - Baxış sayı: 553

Fəlsəfə İnstitutunda distant təhsil keçirilir


Fəlsəfə İnstitutunda distant təhsil keçirilirAMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “AMEA-nın magistrantları üçün distant (məsafədən) tədrisin təşkil edilməsi haqqında” sərəncamına əsasən, AMEA-nın digər elmi-müəssisələri ilə yanaşı Fəlsəfə İnstitutunda da magistrantlar üçün təhsil distant qaydada davam etdirilir. İnstitutuda sosial psixologiya ixtisası üzrə təhsil alan I kurs magistrantı Ülkər Zalovaya “Müasir sosiol-psixoloji konsepsiyalar ”, “Müasir cəmiyyətin aktual sosial-psixoloji problemləri”, “Kiçik qruplarda sosial-psixoloji məsləhət” və “Ünsiyyət və işgüzar münasibətlərin psixologiyası” fənləri tədris edilir.
Gültəkin İsmayılova, Xalidə Xəlilova, Elnur Rüstəmov və Məhərrəm Əliyevin tədris etdiyi distant təhsilin gedişatı Fəlsəfə İnstitutunun Təhsil şöbəsi tərəfindən mütəmadi nəzarətdə saxlanılır və müəllimlərə laızmi tapşırıq və tövsiyyələr verilir.