05.04.2020, 17:31

“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək


“Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcəkAMEA-nın Humanitar və İctimai Elmlər bölmələri, eləcə də Fəlsəfə İnstitutunun birgə təşkilatçılğı “Fəlsəfə pandemiya dövründə” mövzusunda elmi seminar keçiriləcək. Seminarda aşağıdakı məsələlər ətrafında müzakirələr aparılacaq:
• Pandemiya şəraitində davranış və etika qaydaları;
• Müasir şəraitdə A.Kamü və J.P.Sartrın ekzistensializminin aktuallığı haqqında və humanizm;
• İdentiklik və universallığa yeni ideoloji baxış;
• Pandemiyadan sonrakı yeni düzən.


Seminarda çıxış etmək istəyənlər tezisləri (2-3 səhifə həcmində) 30 aprel 2020-ci il tarixinə kimi Sevinc_hesenova_57@mail.ru ünvana göndərə bilərlər.