11.03.2020, 12:43 - Baxış sayı: 669

“Filosofiya o sovremmennosti, istorii i kulture” adlı kitab nəşr olunub


“Filosofiya o sovremmennosti, istorii i kulture” adlı kitab nəşr olunubBu günlərdə AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin “Filosofiya o sovremmennosti, istorii i kulture” (“Elm və təhsil”, 2020, 224 səh.) adlı kitabı nəşr olunub.
Kitabda müasirliyin əsas məsələlərinin, tarixiliyin, milli ideya və ideologiyanın fəlsəfəsi, multikulturalizm, qarşılıqlı münasibət və s. məsələlərin fəlsəfəsi araşdırılır. Həmçinin mədəniyyətlərin çoxşaxəliliyi və qarşılıqlı təsirinin fəlsəfəsi də tədqiq edilir.
Kitabın redaktoru Rusiya Federasiyası Fəlsəfə İnstitutunun əməkdaşı f.e.d. T.M.Maxmatov, rəyçiləri isə Rusiya Federasiyasının Fəlsəfə İnstitutunun əməkdaşı, f.e.d. A.P.Alekseyev və AMEA Fəlsəfə İnstitutunun əməkdaşı f.e.d. D.M.Müslümzadədir.