03.02.2020, 15:07

“Süni İntellekt və Yaxın Gələcək: problemin fəlsəfi-etik və praqnoztik aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək


“Süni İntellekt və Yaxın Gələcək: problemin fəlsəfi-etik və praqnoztik aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək21.04.2020-ci il tarixində Fəlsəfə İnstitutunda “Süni İntellekt və Yaxın Gələcək: problemin fəlsəfi-etik və praqnoztik aspektləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Konfransa məqalə təqdim etmək istəyən şəxslər 02.04.2020-ci il tarixinə qədər mətnləri İnstitutun elmi katibliyinə təqdim edə bilərlər. Məqalələr Azərbaycan, ingilis və fransız dillərində qəbul olunur.

Məqalənin strukturu:
• Məqalənin adı böyük hərflərlə, qalın şriftlə ( ölçü 12)
• Müəlifin soy adı, adı, qalın şriftlə (ölçü 12)
• Təşkilat və şəhərin adı, adi şiriftlə (ölçü 11)
• Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: (1, 136). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələməklə verilir (ölçü 12)