18.12.2019, 10:16 - Baxış sayı: 926

Günel Məlikli “Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda məruzə ilə çıxış etmişdir


Günel Məlikli “Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı” mövzusunda məruzə ilə çıxış etmişdirAzərbaycan Milli Elmlər Akademiyasının Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunan "Ulu öndər Heydər Əliyev: keçmişimizin memarı, gələcəyimizin qarantı" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransda AMEA Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli “Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyevin rolu” mövzusunda məruzə ilə çıxış etmişdir.
O öz məruzəsində ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixinin ən qüdrətli şəxsiyyəti kimi xalqımızın qürur mənbəyi olduğunu, aradan illər ötdükcə, Azərbaycan inkişaf etdikcə, müstəqilliyini daha da möhkəmləndirdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edildiyini vurğuladı.
Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meylləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıldığını qeyd etdi.
Ümummilli lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Ötən 16 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursu bütün sahələrdə, o cümlədən sosial sferada böyük uğurlara yol açıb, əhalinin rifahının daim gücləndiyini və bütün bunların Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu layiqincə davam etdirilib deyə Günel Məlikli qeyd etdi.