10.12.2019, 14:16

“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib


“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib10 dekabr 2019-cu il tarixində AMEA Fəlsəfə İnstitutunda Ulu öndər Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirildi.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dəyirmi masanı giriş sözü ilə açan Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, Ulu öndərin Azərbaycan tarixində parlaq səhifə açan nadir şəxsiyyət olduğunu qeyd etdi.
İlham Məmmədzadə Heydər Əliyevin hakimiyyətə qayıdışının bütün sahələrdəki kimi elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldığını, milli tərəqqiyə xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldığını vurğuladı. Xalqımızın milli oyanışında və özünüdərkində misilsiz rol oynayan elm və təhsilin inkişafı Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə reallaşdırılan təhsil siyasəti özünün məqsədyönlülüyü, müasirliyi, dünyəviliyi və milli dəyərlərə söykənməsilə diqqəti cəlb etdiyini bildirdi.
İ.Məmmədzadə həmçinin xalq, millətin müasir şəraitdə inkişafı strategiyası və fəlsəfəsini cəmiyyətə təklif edən liderə etimad göstərdiyini, Ulu öndərin konkret hərəkətləri, tədbirləri, qəbul etdiyi qərarlar, onun xarizması, bəsirəti, iradəsi, təcrübəsi ölkə vətəndaşlarının müasir ümummilli dəyərləri dərk və qəbul etməsində mühüm rol oynadığını diqqətlərə çatdırdı.
Ümummilli liderin strateji inkişaf kursunun bu gün onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini, dövlət başçımızın həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, islahatlar xətti, xalqla birbaşa ünsiyyətdə olması Ümummilli lider tərəfindən başlamış işlərin məntiqi davamıdır – deyə İlham Məmmədzadə qeyd etdi.
Sonra AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, institutun aparıcı elmi işçisi, f.ü.f.d. Hüseyn İbrahimov, YAP Fəlsəfə İnstitutunun sədri, s.e.ü.f.d Sənan Həsənov, “Müasir Siyasətin Fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçşisi, f.ü.f.d. Habil Həmidov, “Heydər Əliyev irsi və azərbaycançılıq nəzəriyyəsi” şöbəsinin əməkdaşı f.ü.f.d. Əli İbrahimov, “Sosiologiya” şöbəsinin müdiri, f.e.d. Rəfiqə Əzimova və digər əməkdaşlar çıxış edərək ulu öndər Heydər Əliyevin tarixi xidmətləri, istər sovetlər dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərliyi dövürdə insanlar üçün, elmin, təhsilin ikişafı naminə görüdüyü işlər barədə fikirlərini bildirərək, xatirələrini bölüşdülər.
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib
“Heydər Əliyevin dövlətçilik fəlsəfəsi” mövzusunda dəyirmi masa keçirilib