27.11.2019, 14:58 - Baxış sayı: 784

Fəlsəfə İnstitutunun əməkdaşı İradə Zərqanayeva Tatarıstanda beynəlxalq elmi konfransda iştirak etmişdir


Fəlsəfə İnstitutunun əməkdaşı İradə Zərqanayeva Tatarıstanda beynəlxalq elmi konfransda iştirak etmişdirAMEA Fəlsəfə İnstitutunun əməkdaşı, “Etika” şöbəsinin aparıcı elmi işçisi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent İradə Zərqanayeva 20-22 noyabr 2019-cu il tarixində Tatarıstanda Bolqar İslam Akademiyasının və M.V.Lomonosov adına MDU-nun birgə təşkil etdiyi “Yerli ilahiyyat məktəbinin canlanması və inkişafı kontekstində islamşünaslıq təcrübələri” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etmişdir. Tədbirdə İ.Z.Zərqanayevanın “İslama fəlsəfi yanaşmanın bəzi məsələləri” adlı məruzəsi dinlənilmiş, bölmə iştirakçılarının mövzu ilə əlaqədar sualları cavablandırılmışdır.