22.11.2019, 14:47 - Baxış sayı: 1034

Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilib


Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilibNoyabrın 22-də AMEA Fəlsəfə İnstitutu YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə “İslam fəlsəfəsində Nəsimi fenomeni” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfransı AMEA Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ili dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr olunmuş “Nəsimi ili” elan etdikdən sonra bu yöndə şərqşünaslar, dilçilər və tarixçilər tərəfindən bir daha ədibin yaradıcılığının geniş təhlil olunmasından bəsh etdi. Nəsiminin şair olmaqla yanaşı, filosof olması məsələsinə də toxunan İlham Məmmədzadə – bəzi tədqiqatçılar onu böyük filosof adlandırırlar, fəqət fikrimizcə bu, Nəsimi dövrü və yaradıcılığının bütün fəlsəfi kontekstini açıb göstərmək üçün aşkar surətdə kifayət deyil deyə, vurğulayıb. Prinsipcə, Nəsimi ilinin qarşımızda hansı tələbləri qoyduğu, müasir mədəniyyət siyasətimizin fəlsəfəsi, onun keçmişlə necə bağlı olduğu üzərində düşünməyin vacib olduğunu qeyd etdi.
AMEA-nın müxbir üzvü, Fəlsəfə İnstitutunun “İslam fəlsəfəsi” şöbəsinin müdiri Könül Bünyadzadə çıxış edərək Azərbaycanda “Nəsimi ili” elan olunandan dahi mütəfəkkir haqqında deyilən sözlərin sayının artdığını və fərqli bucaqlardan fərqli məzmunda, ən vacibi isə hər kəs öz düşüncəsi və mənəvi dünyası səviyyəsində Nəsimini təqdim etdiyini vurğuladı. Həmçinin Nəsimi dünyasının incilərlə dolu bir dərya olduğunu və o dəryaya baş vurmağa cəsarət edənlər oradan bir-iki inci götürə bildiklərini qeyd etdi.
Nəsiminin hikmətindəki hərflərin anlamına toxunan Könül Bünyadzadə bunu anlamağın tək yolunun Qurani Kərim olduğunu və Qurani Kərimin də anlamağın yollarından birinin isə təsəvvüfdən keçdiyini bildirdi.
Fəlsəfə İnstitutunda “İslam fəlsəfəsində Nəsimi fenomeni” adlı beynəlxalq elmi konfrans keçirilibSonra AMEA Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, f.ü.f.d. Əntiqə Paşayeva “İmadəddin Nəsimi şeirlərində insan və kainatın fəlsəfi mənası”, ADPU-nun Şamaxı filialınən əməkdaşı,filologiya üzrə fəlsəfə doktoru Eyvaz Eminalıyev “Nəsimi yaradıcılığı XX əsr mühacirət ədəbiyyatşünaslığında”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunin əməkdaşı, fil.ü.f.d., dosent Lütfiyyə Əsgərzadə “Şeyx Sənan İsmi Nəsimi yaradıclığında”, Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi Zaur Rəşidov “Hürufilik İslamın özünəməxsus ezoterik fəlsəfi təlimi kimi”, Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov “Hürufilikdə dinlərin vəhdəti və kamil insana baxış”, Bakı Dövlət Universitetinin doktorantı Ülvi Mikayılov “İmadəddin Nəsimi düşüncəsinin və yaradıclığının İsa Muğannanın bioqrafiyasına təcəllası”, Fəlsəfə İnstitutunun dissertantı Səadət Qarayeva “Nəsimi şeirində qadın obrazı”, ADPU-dan Natavan Cəfərli “Hürufilik və onun Azərbaycanda nümayəndələri”, ADPU-nun Şamaxı filialının əməkdaşı Rima Hacıyeva “Nəsimi poeziyası Azərbaycan sufi şeirinin zirvəsi kimi”, Sumqayıt Dövlət Universitetinin baş müəllimi, f.ü.f.d. Xəyalə Mürsəliyeva “Mütəfəkkir Nəsimin rübailərindəki sayların mistikası” və Fəlsəfə İnstitutunun dissertantı Zeynəb Həcəmova “Nəsimi təxəyyül və reallıq arasında” movzsunda çıxış edərək fikirlərini konfrans iştirakçıları ilə bölüşdülər.