08.11.2019, 14:45 - Baxış sayı: 705

Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi


Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi Bu gün AMEA Fəlsəfə İnstitutunda YUNESKO-nun elan etdiyi “Sülh və inkişaf üçün dünya elm gününə həsr olunmuş” “Azərbaycan fəlsəfəsi və müasir elm” adlı dəyirmi masa keçirilib.
Tədbirdə Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək dəyirmi masa iştirakçılarını qarşıdan gələn 9 Noyabr Dövlət Bayrağı Günü və 12 Noyabr Konstitusiya Günü münasibətilə təbrik etdi.
Çıxışında elm ilə digər sahələrin birgə fəaliyyətinə toxunan və bunları ayrı-ayrı təsniflənləyən İlham Məmmədzadə “Elm və sülh”, “elm və idarəçilik”, “Elm və inkişaf”, “Elm və iqtisadiyyat”, “Elm və səmərəlilik”, “elm və süni intellekt” və digər sahələrin vacib əhəmiyyət kəsb etdiyini və bu məsələlərin daim alimlərimizi düşündürdüyünü söylədi.
Fəlsəfənin elmə baxışına da toxunan İlham Məmmədzadə bildirib ki, elm fəlsəfədən kənarda qala bilməz və elmə fəlsəfi yanaşmanın bu sahədə uğurlar gətirəcəyinə əminliyini vurğuladı.
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildiSonra Fəlsəfə İnstitutunun şöbə müdiri, f.e.d. Adil Əsədov “Müasir elm idraki paradiqmalarını əvəzlənməsi kontekstində” mövzusunda çıxış edərək fikirlərini tezis şəklində təqdim etdi.
Adil Əsədov burada fəlsəfənin hər bir tarixi tipi bir-birini əvəz etməli olan epoxal dünyagörüşlərin reasionallaşdırılmasına olan ehtiyacdan doğduğunu, epoxal dünyagörüşlərin bir-birini əvəzləməsi öz ifadəsini mütləq bilik modellərinin tarixi dinamikasından, eyni zamanda epoxal dünyagörüşlərdən hər biri özünü yalnız mütləq bilik modelini deyil, həm də mütləq varlıq və hərəkətin mütləq səbəbi modellərinin yaranmasıdan, bu dünyagörüş pradiqmalarının mübarizəsi fəlsəfi bilik sferasından baş verməsindən, doqmatik dünyaduyumunun məntiqi əsaslandırılması eyni zamanda milli xüsusiyyətinin dirçəlməsindən və müasir fəlsəfənin idraki paradiqmaların son əvəzlənməsini şərtləndirməsi haqqında fikirlərini dəyirmi masa iştirakçılarına çatdırdı.
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi
“Azərbaycan elminin dinamikası: fəlsəfi-tarixi baxış” mövzusunda çıxış edərək Fəlsəfə İnstitutunun şöbə müdiri, f.e.d. Qüzuli Qurbanov Azərbaycanda qədim elmi məktəblərin mövcud olduğu coğrafi və mədəni məkan olduğunu və burada dövlətçilik ənənəsinin daim güclü fəlsəfi, ideoloji, elmi və mənəvi-mədəni konsepsiyalarının movcudluğu şəraitinda formalaşdığını qeyd etdi.
Fəlsəfə İnstitutunun böyük elmi işçisi f.ü.f.d. Şölət Zeynalov “Fəlsəfə və elm həmrəylik vasitəsi kimi” mövzusunda çıxış etdi. O, öz çıxışında fəlsəfənin vəzifəsinin kultuna sığal çəkmək olmadığını və elmi-texniki tərəqqinin ziddiyyətliliyinə diqqət çəkərək elm sahəsində fəlsəfənin hər kəslə - elmlə, mədəniyyətlə, dinlə dialoqa hazır olmağını diqqətlərə çatdırdı.
Sonda f.ü.f.d. İradə Zərqanayeva, f.e.d., Rəfiqə Əzimova, f.ü.f.d. Mətləb Mahmudov, f.ü.f.d. Məhəmməd Cəbrayılov çıxış edərək mövzu ilə bağlı fikir söylədilər.
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi
Fəlsəfə İnstitutunda elm gününə həsr olunmuş dəyirmi masa keçirildi