29.10.2019, 12:51 - Baxış sayı: 2139

Fəlsəfə İnstitutunun böyük elmi işçisi Günel Məlikli sertifikatla təltif edilib


Fəlsəfə İnstitutunun böyük elmi işçisi Günel Məlikli sertifikatla təltif edilib25 oktyabr 2019-cu ildə Azərbaycan Dillər Universitetində “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmişdir. Konfransda AMEA Fəlsəfə İnstitutunun “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli də iştirak etmişdir. Günel Məlikli konfransda “Sosial-iqtisadi və siyasi sahədə Azərbaycanın beynəlxalq əlaqələri” mövzusunda çıxış etmişdir.
Mövzunun əhəmiyyətini, aktuallığını və eləcə də geniş auditoriya qarşısında maraq doğurduğunu nəzərə alaraq Günel Məlikli Universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən sertifikatla təltif edilmişdir.
Fəlsəfə İnstitutunun böyük elmi işçisi Günel Məlikli sertifikatla təltif edilib