28.10.2019, 10:08 - Baxış sayı: 731

Professor Sakit Hüseynov Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib


Professor Sakit Hüseynov Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edibAMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, f.e.d., professor Sakit Hüseynov 21-22 oktyabr 2019-cu il tarixində Özbəkistan Respublikasının Nəvai şəhərində elmi ezamiyədə olmuşdur. S.Hüseynov əvvəlcə “Özbək dilinin dövlət dili elan edilməsi” ilə əlaqədar Prezident sərəncamının 30 illiyi münasibəti ilə bağlı keçirilən dövlət bayramında iştirak etmişdir.
Sonra Nəvai Dövlət Pedaqoji Universitetində “Qloballaşma dövründə özbək və başqa dillərin münasibəti: problemlər və onların həlli” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir. S.Hüseynov konfransda “Türk dillərinin beyəlxalq dilçilikdə yeri və rolu” mövzusunda məruzə ilə çıxış etmişdir. O, öz məruzəsində SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış türkdilli ölkələrin latın qrafikasına keçməsini izah etmiş, bu mürəkkəb və çətin prosesin sosial-psixoloji və fəlsəfi problemlərini izah etmişdir. Konfransda S.Hüseynov 15 oktyabr 2019-cu il tarixində Bakıda keçirilən Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının VII Sammitində bu ölkələrin sosial-iqtisadi, siyasi və elmi-mədəni əlaqələrinin genişlənməsində dil amilinin mühüm rol oynadığını geniş şərh etmişdir.
Professor Sakit Hüseynov Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib
Professor Sakit Hüseynov Özbəkistanda keçirilən beynəlxalq elmi konfransda iştirak edib