23.09.2019, 12:44 - Baxış sayı: 1122

“Hüququn fəlsəfəsi” monoqrafiyası nəşr olunub


“Hüququn fəlsəfəsi” monoqrafiyası nəşr olunubAMEA-nın Fəlsəfə İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Əntiqə Paşayevanın “Hüququn fəlsəfəsi” adlı monoqrafiyası "Avropa" nəşriyyatında çap olunmuşdur. Monoqrafiya Luqansk vilayətinin diplomdansonrakı pedoqoji təhsil İnstitutunun Elmi Şurasının qərarı əsasında rus dilində Ukraynanın “Sobornost” nəşriyyatında 2019-cu ilin ilk aylarında nəşr edilmişdir. Monoqrafiyaya Ukraynadan professorlar N.A.Jurba, Y.M.Romanenko və Polşadan V.P.Okuliç-Kazapin rəy vermişlər.
Monoqrafiyanın əsas tədqiq mənbəyi hüququn fəlsəfəsi və hüquq elmi, o cümlədən hüquq və dövlət, hüquq və əxlaq, hüquq və siyasət, hüquq və din, hüquq və mədəniyyət və digər mühüm mövzular, bunların arasında olan uyğun və fərqli cəhətlər, filosof və hüquqşünasların, hüquqşünas filosofların (legal philosophers) nəzəriyyəsinə əsasən həm fəlsəfi və həm də hüquqi aspektdə tədqiq olunmuşdur.
Monoqrafiya ali təhsil müəssisələrində tədris edən müəllimlər və təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.