09.09.2019, 16:25 - Baxış sayı: 577

Fəlsəfə İnstitutu ilə Bolqarıstanın Elmlər Akademiyası arasında memorandum imzalanmışdır


Fəlsəfə İnstitutu ilə Bolqarıstanın Elmlər Akademiyası arasında memorandum imzalanmışdır02.09-06.09 2019-cu il tarixlərində Bolqarıstanın Varna şəhərində səkkiz ölkənin iştirakı ilə Bolqarıstan Elmlər Akademiyasının 150 illiyinə həsr olunmuş Müasir fəlsəfə: Avropa və Qara dəniz ölkələrində Mədəni, təhsil və elmi siyasət adlı II Beynəlxalq Elmi Konfrans keçirilmişdir. Konfransın ilk günü AMEA-nın Fəlsəfə İnstitutu və Bolqarıstanın Elmlər Akademiyasının Bilik və Cəmiyyətin Araşdırılması üzrə İnstitut arasında elmi əməkdaşlıq haqqında memorandum imzalanmışdır.