09.09.2019, 16:11 - Baxış sayı: 785

Professor Sakit Hüseynov Biləsuvar və Neftçalada keçirilən seminarlarda iştirak edib


Professor Sakit Hüseynov Biləsuvar və Neftçalada keçirilən seminarlarda iştirak edib4-5 sentyabr tarixlərində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Biləsuvar və Neftçala rayonlarında “Qloballaşma və milli kimlik” və “Müasir cəmiyyətdə gənclər və mənəviyyat” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə rayon icra hakimiyyətlərinin nümayəndələri, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Hatəm Gülməmmədov mövzu ilə bağlı fikir söyləyiblər.
Hər iki seminarda çıxış edən AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov qloballaşma dövründə müstəqil dövlətlərdə milli kimlik mövzusunun mühüm aktuallıq kəsb etdiyini vurğulamışdır.
Həmçinin çıxışında təhsilin gənc nəslin mənəvi tərbiyəsində önəmli rol oynadığını deyən professor, eyni zamanda təhsil faktorunun milli-mənəvi dəyərlərin təbliğində də önəmli rola malik olduğunu qeyd edib.

Professor Sakit Hüseynov Biləsuvar və Neftçalada keçirilən seminarlarda iştirak edib
Professor Sakit Hüseynov Biləsuvar və Neftçalada keçirilən seminarlarda iştirak edib