26.06.2019, 09:12 - Baxış sayı: 1121

Fəlsəfə İnstitutunun böyük elmi işçisi Təzəgül Qasımova İstanbulda keçirilən beynəlxalq konqresdə iştirak edib


Fəlsəfə İnstitutunun böyük elmi işçisi Təzəgül Qasımova İstanbulda keçirilən beynəlxalq konqresdə iştirak edib18-19 iyun 2019-cu tarixlərində Türkiyənin İstanbul şəhərində “Təhsil və Sosial Elmlərdə (ICES - 2019) Yeni Üfüqlər” adlı II Beynəlxalq Konqres keçirilib. Konqres Beynəlxalq Elmi Tədqiqatlar Assosiasiyası və Jurnalı tərəfindən təşkil olunub. Beynəlxalq konqresdə xüsusilə təhsil və sosial elmlərin bütün sahələrində problemlər, inkişaflar və dəyişikliklərlə bağlı məqalələr öz əksini tapıb. Sözügedən Konqresdə AMEA Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Qasımova Təzəgül Mirzə qızı “Çağdaş siyasette Temel Düşünceler ve Akımlar” adlı məqalə ilə çıxış etmişdir. F.ü.f.d. T.Qasımovanın məruzəsi elmi ictimaiyyət və auditoriya tərəfindən yüksək şəkildə qarşılanmış və beynəlxalq statuslu sertifikatla təltif olunmuşdur.
Qeyd edək ki, ICES-2019-da təqdim edilən tezislə, tam mətnlər ISBN və redaktoru ilə e-kitab formatında nəşr olunacaq. İngilis dilində tam mətn icraatı Thomson Reuters Conference Proceedings Citation Index və ResearhBib'e göndəriləcək. O cümlədən məqalənin tam formatı Journal of the İnternational Scientific Reseraches (İBAD) jurnalında dərc ediləcək.
Fəlsəfə İnstitutunun böyük elmi işçisi Təzəgül Qasımova İstanbulda keçirilən beynəlxalq konqresdə iştirak edib