Heydər Əliyevin xatirəsinə həsr edilmiş Bakı forumunun materialları nəşr edilmişidir

Kitab XX əsrin görkəmli ictimai-siyasi xadimi, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra birgə konfransların materialları əsasında hazılanmışdır. Tarixi proses kontekstində mədəniyyətlərin dialoqu, müasir cəmiyyətin davamlı inkişafa keçidi məsələlərinə toxunulur. Dəyişikliklər dövründə şəxsiyyətin roluna, qlobal təfəkkür üsulunun formalaşması və multikulturalizmin siyasi və hüquqi aspektlərinə xüsusi diqqət yetirilir. Qarşılıqlı anlama mədəniyyəti və humanist dəyərlərin formalaşmasında fərdin sosiallaşmasının rolu araşdırılır.