27.04.2019, 09:41 - Baxış sayı: 950

“Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda konfrans keçirilib


“Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda konfrans keçirilibAMEA-nın Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda respublika konfransı keçirilib.
Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq konfransın ölkə başçısının "Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında" 17 yanvar 2019-cu il tarixli Sərəncamına əsasən baş tutduğunu söyləyib. Bildirib ki, sözügedən sənəddən irəli gələrək AMEA-da qəbul olunmuş Tədbirlər Planına əsasən, elmi müəssisə və təşkilatlar tərəfindən silsilə konfranslar keçirilir, o cümlədən akademiyanın alimləri Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı mətbuatda mütəmadi məqalələrlə çıxış edirlər.
C.Məmmədquluzadə irsinə yenidən qayıdışın azərbaycançılıq məfkurəsini daha da qüvvətləndirmək və genişləndirmək baxımından önəminə toxunan alim ölkə başçısının Sərəncamının milli-mənəvi özünüdərk ideyalarına yeni istiqamət verəcəyini vurğulayıb.
İ.Həbibbəyli qeyd edib ki, Mirzə Cəlilin XX əsrin əvvəllərində Azərbaycanda demokratik təfəkkürün inkişaf etdirilməsində, Cümhuriyyət tipli müstəqil dövlətçilik ideyalarının xalqın gündəmində qalmasında, eləcə də tarixi ərazilərimizin sərhədlərinin insanlara xatırladılmasında müstəsna xidmətləri olub. Onun sözlərinə görə, yazıçı öz əsərlərində xalqın ictimai-mədəni cəhətdən inkişafına mane olan Çar Rusiyasının müstəmləkə fəaliyyətini, mənəvi, siyasi despotizmi, eləcə də fanatizmi, cəhaləti sərt tənqid edib, insanları oyatmağa, öz hüquqlarını başa salmağa çalışıb.
C.Məmmədquluzadənin "Poçt qutusu" hekayəsindəki xalqın ən kiçik nümayəndəsi olan Novruzəli obrazını Azərbaycan ədəbiyyatının baş qəhrəmanına çevirmə bacarığına sahib olduğunu deyən AMEA-nın vitse-prezidenti onun yaradıcılığının, eləcə də klassiklərimizin irsinin müstəqillik işığında, milli mənafe, dövlətçilik ideyalarından, yeni elmi yanaşmalardan tədqiq edilməsinin zəruriliyini bildirib.
“Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda konfrans keçirilibDaha sonra Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə çıxış edərək yazıçının əsərlərində milli və ümumbəşəri dəyərlərin əks olunduğunu, onun kiçik hekayələrindəki ironik istehza və tənqidi yanaşma ilə XX əsrin əvvəllərində milli oyanışa, azadlıq ideyalarının inkişafına təkan verdiyini söyləyib.
Konfransda, həmçinin fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətlinin "Heydər Əliyev və Cəlil Məmmədquluzadənin irsi", fəlsəfə üzrə elmlər doktoru, professor Rəfael Əhmədlinin "Cəlil Məmmədquluzadənin ictimai-siyasi görüşləri", fəlsəfə üzrə fəlsəfə doktoru Aytək Məmmədovanın "Böyük amallar uğrunda iki mübariz: İsmayıl bəy Qaspıralı və Cəlil Məmmədquluzadə", fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin "Cəlil Məmmədquluzadənin dünyagörüşündə millət, din və müasirləşmə məsələləri" mövzusunda məruzələri dinlənilib.
“Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda konfrans keçirilib
“Maarifçilik və Cəlil Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzusunda konfrans keçirilib