05.03.2019, 11:43 - Baxış sayı: 1875

Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər Üzrə Elmi Şuranın iclası keçirilmişdir - 12 fevral 2019-cu il


Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər Üzrə Elmi Şuranın iclası keçirilmişdir - 12 fevral 2019-cu ilİştirak edirdilər: f.ü.e.d. İ. Məmmədzadə (sədr), h.ü.e.d. İ. Vəliyev (sədr müavini), f.ü.e.d., D.Müslümzadə (elmi katib), f.ü.e.d. A.Əsədov, f.ü.e.d., A. Hacıyeva, f.ü.e.d., Ə. Abasov, h.ü.e.d. Ə.Rzayev, h.ü.e.d. H. Qurbanov, f.ü.e.d. İ.Rüstəmov, siyasi elmlər ü.e.d. R.Sevdimaliyev, f.ü.e.d. R. Əzimova, f.ü.e.d. R. Mirzəzadə, h.ü.e.d. F. Abbasova, h.ü.e.d. Ə. Əliyev.


Təsdiq olunmuş mövzular

1. Mustafayeva Əsmər Ənvər qızı, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, «Azərbaycan Respublikasının ailə qanunvericiliyində ər-arvad arasında əmlak münasibətlərinin hüquqi tənzimlənməsinin nəzəri və təcrübi problemləri» (5608.01 – Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq). Elmi rəhbər: h.ü.e.d., prof. Dəmirçiyeva Məhəbbət
2. Həmidova Firəngiz İsmayıl qızı, AMEA-nın Fəlsəfə İnstitutu, «Müasir cəmiyyətdə təhsilin sosioloji problemləri» (6312.01 – Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi). Elmi rəhbər: f.ü.e.d. Rəfiqə Əzimova
3. Zahidov Sultan Namiq oğlu, BDU, «Türkiyənin müasir Yaxın və Orta Şərq siyasəti.» (5901.01 - Beynəlxalq münasibətlər). Elmi rəhbər: t.ü.e.d., prof. İ.M.Musa və prof. İ.E.Atnur
4. Nəzərova Gülnar Rahib qızı, AR-sı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi, «Azərbaycanda insan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası: problemin sosioloji tədqiqi» (6310.01 – Sosial problemlər). Elmi rəhbər: t.ü.e.d., prof. M.H.Məmmədova
5. İbrahimova Aytəkin Nazim qıqı, BDU, «İnformasiya təhlükəsizliyinin beynəlxalq və dövlətdaxili hüquqi müdafiə mexanizmləri» (5614.01 – İnzibati hüquq; Maliyyə hüququ; İnformasiya hüququ). Elmi məsləhətçilər: h.ü.e.d., prof. Ə.İ.Əliyev və h.ü.e.d., prof. O.V.Zayçuk
6. Aslanov Orxan Rüfət oğlu, BDU, «Korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə cinayət-hüquqi mübarizənin problemləri» (5611.01 – Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ). Elmi məsləhətçi: h.ü.e.d., prof. F.Y.Səməndərov
7. Babayeva Vüsalə Çinqiz qızı, BDU, «Müasir Azərbaycanda iri şəhərlərin sosial-iqtisadi inkişafının sosioloji tədqiqi» (6303.01 – Ümumi sosiologiya). Elmi rəhbərlər: f.ü.e.d., prof. Rüstəmov İzzət və prof. Ceylan Tokluoğlu
8. Qədimquliyev Ramil Eyyub oğlu, BDU, «Azərbaycan Respublikasının və Rusiya Federasiyasının qanunvericiliyi üzrə istirahət vaxtı: müqayisəli təhlil» (5609.01 – Əmək hüququ; sosial təminat hüququ). Elmi rəhbərlər: h.ü.e.d., prof. Qasımov Alış və h.ü.e.d., prof. Skaçkova Qalina
9. Zülfüqarov Vüsal Rəhman oğlu, AMEA-nın Fəlsəfə İnstitutu, «Fənnlərarası tədqiqatların elmlərin inteqrasiyasında yeri və rolu » (7201.01 – Bilik fəlsəfəsi). Elmi məsləhətçi: f.ü.e.d. Füzuli Qurbanov
10. Məmmədzadə Aynurə İlqar qızı, BDU, «Fiziki şəxsin həyatına və sağlamlığına vurulmuş zərərə görə mülki-hüquqi məsuliyyətin nəzəri və təcrübi problemləri» (5608.01 – Mülki hüquq, sahibkarlıq hüququ, ailə hüququ, beynəlxalq xüsusi hüquq). Elmi rəhbərlər: h.ü.e.d., prof. Dəmirçiyeva Məhəbbət və h.ü.e.d., prof. Mixiyeva Lidiya
11. İsmayılova Məftunə Şahin qızı, AR-sı Əmək və Sosial Problemlər Üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi, «Müasir dövrdə Azərbaycan Respublikasında gender əsaslı məişət zorakılığı hallarının sosial səciyyəsi» (6310.01 – Sosial problemlər). Elmi rəhbər: f.ü.e.d., prof. R.R.Mirzəzadə
12. Mehdiyev Nurəddin Səftər oğlu, Dövlət İdarəçilik Akademiyası, «Müasir beynəlxalq münasibətlərə informasiya kommunikasiya texnologiyalarının təsiri» (5901.01 - Beynəlxalq münasibətlər). Elmi rəhbər: s.ü.e.d., prof. Əhmədov Elçin
13. Nəzərov Rövşən Seylant oğlu, BDU, «Azərbaycan multikulturalizminin dini aspektləri» (7214.01 – Dinin tarixi və fəlsəfəsi). Elmi rəhbərlər: fil.ü.e.d., akademik Vasim Məmmədəliyev və prof. Kamil Günəş
14. Abdullayeva İradə Ələkbər qızı, BDU, «Müasir dövrdə Avrasiyada qüvvələr balansının formalaşmasında Türkiyənin rolu» (5901.01 - Beynəlxalq münasibətlər). Elmi rəhbərlər: s.ü.e.d. Adil Mirabdullayev və t.ü.e.d., prof. Drujilovskiy Sergey
15. Qurbanova Sahibə Adil qızı, BDU, «Azərbaycan Respublikasının cinayət qanunvericiliyi və beynəlxalq hüquqda dəniz mühitini çirkləndirməyə görə məsuliyyət (müqayisəli təhlil)» (5611.01 – Cinayət hüququ və kriminologiya; cəza-icra hüququ). Elmi rəhbərlər: h.ü.e.d., prof. Səmədova Şəhla və h.ü.e.d., prof. R.M.Valeyev
16. Nağıyeva Şəms Azad qızı, BDU, «Beynəlxalq «Şimal-Cənub» Nəqliyyat Dəhlizi layihəsində Rusiya, Azərbaycan və İranın regional əməkdaşlığı» (5901.01 - Beynəlxalq münasibətlər). Elmi rəhbər: s.e.d. Mirabdullayev Adil
17. Məmmədli Günay Xəqani qızı, Dövlət İdarəçilik Akademiyası, «Xəzər dənizinin enerji resurslarının istifadəsi və idarə olunması siyasətinin dövlətlərarası münasibətlərə təsiri» (5909.01 – Dövlət idarəçiliyi). Elmi rəhbər: tar.ü.e.d., prof. Həsənov Əli
18. Əliyeva Nərgiz Rövşən qızı, BDU, «Azərbaycan Respublikasında orta yaşlıların məşğulluq probleminin sosioloji tədqiqi» (6310.01 – Sosial problemlər). Elmi rəhbərlər: sos.ü.e.d., prof. Rəfail Həsənov və dos. dr. Mehmet Zeki Duman
19. Qasımova Təzəgül Mirzə qızı, AMEA-nın Fəlsəfə İnstitutu, «Azərbaycançılıq ideologiyası və milli inkişafın siyasi modeli: təcrübə və strateji hədəflər» (5908.01- Siyasi nəzəriyyə). Elmi məsləhətçi: f.ü.e.d., prof. İlham Məmmədzadə
20. Əliyev Hacıağa Niyazi oğlu, Dövlət İdarəçilik Akademiyası, « Müasir dövrdə Azərbaycan Respublikasının dövlət layihə fəaliyyətinin siyasi nəzəri əsasları (Nəqliyyat layihələri timsalında)» (5908.01- Siyasi nəzəriyyə). Elmi rəhbər: f.ü.e.d., prof. Ələkbərova Nigar
21. Əsgərova Nailə Ramiz qızı, Azərbaycan Dillər Universiteti, «Kiçik yaşlı məktəblilərin «Mən» obrazının formalaşmasına ailədəki sosial-psixoloji mühitin təsiri» (6114.01 – Sosial psixologiya). Elmi rəhəbər: psix.ü.f.d., dos. Akif Quliyev
22. Məmmədli Hülya Gündüz qızının, AMEA-nın Fəlsəfə İnstitutu, «Müasir şəraitdə ən yeni modernləşmə konsepsiyaların ideoloji və nəzəri aspektləri» (5908.01 – Siyasi nəzəriyyə). Elmi rəhbər: s.ü.e.d., dos. Məmmədov Hikmət.
Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər Üzrə Elmi Şuranın iclası keçirilmişdir - 12 fevral 2019-cu il
Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər Üzrə Elmi Şuranın iclası keçirilmişdir - 12 fevral 2019-cu il
Fəlsəfə, Hüquq, Sosiologiya və Siyasi Problemlər Üzrə Elmi Şuranın iclası keçirilmişdir - 12 fevral 2019-cu il