26.02.2019, 10:57 - Baxış sayı: 945

Fəlsəfə İnstitutunun alimləri Fransada beynəlxalq konfransda iştirak ediblər


Fəlsəfə İnstitutunun alimləri Fransada beynəlxalq konfransda iştirak ediblər21 fevral 2019-cu il tarixində Fransanın Nitsa şəhərində Sofiya-Antipolis Universitetində ənənəvi “Bərabərlik-fəlsəfədən hüquqa” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Konfransda AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, İnstitutun əməkdaşları f.ü.f.d., Zöhrə Əliyeva, f.ü.f.d., dosent Sevinc Həsənova çıxış ediblər.
Konfransın açılışında professor Kristian Vallar qeyd etmişdir ki, azərbaycanlı alimlərlə bizim görüşlərimiz nəinki aktual problemlər ətrafında fikir mübadiləsi, həmçinin müzakirələr aparmağa imkan yaradır, eyni zamanda iki dövlət arasında münasıbətlərin möhkəmləsinə xidmət edir.
Sonra çıxış edən İlham Məmmədzadə qeyd etmişdir ki, hər ölkədə hüquq və əxlaq qəbul edilmiş ənənələrə, ədalətliliyin anlaşılmasına, mənəviyyatın və dinin təməllərinə uyğun olaraq qurulmuşdur. Cəmiyyətin və dövlətin hüquqi sistemi beynəlxalq hüquqla, mədəniyyətlə, siyasət və tarixlə təcrübəsi sıx bağlıdır.
Azərbaycanlı alimlərin çıxışları auditoriyada böyük maraq doğurmuş və müzakirələrə səbəb olmuşdur.
Qeyd edək ki, alimlərimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən, ermənilərin azərbaycanlılara qarşı törətdiyi etnik təmizləmə siyasətinin nəticəsi olaraq Xocalıda tərətdikləri soyqırımdan və bu faciə zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi ilə bağlı konfrans iştirakçılarına ətraflı məlumat verdilər.