21.02.2019, 13:20 - Baxış sayı: 1090

YAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldı


YAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldıFevral ayının 20-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilmişdi. İnstitutu Ərazi ilk Partiya Təşkilatının sədri siy.e.ü.f.d. Sənan Həsənov, İdarə Heyətinin üzvü, İnstitutun şöbə müdiri, fəl. ü.f.d., dosent Həbib Hüseynov, Gənc Alimlər Şurasının sədr müavini, elmi işci Hümay İsayeva və fəal üzvlərdən Leyla Həmidova təmsil etmişlər. Tədbir iştirakçıları əvvəlcə partiyanın rayon təşkilatının qərargahında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü önünə gül-çiçək dəstələri düzdülər. Sonra tədbir təşkilatın konfrans zalında davam etdirildi.
YAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldıYAP Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranma tarixindən bəhs edərək, tədbir iştirakçılarını salamladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər Heydər Əliyevin və partiyanın fəaliyyətində tarixi xidmətləri olmuş şəxslərin xatirələri bir dəqiqəlik sükutla anıldı. Tağı Əhmədov çıxışında Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevə olan ümumxalq məhəbbətindən, Ümummilli Liderin xalqımız qarşısındakı xidmətlərindən danışdı.
Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, “İki Sahil” qəzetinin baş redaktoru, YAP-nın Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə, “Səs” Media Qrupun rəhbəri Bəhruz Quliyev və bir sıra partiya fəalları cıxış edərək YAP-ın dövlətçiliyimizdəki əvəzsiz rolundan, partiyanın keçdiyi şanlı tarixdən söz açdılar.
Tədbirdə AMEA Fəlsəfə İnstitutunun Ərazi ilk Partiya Təşkilatı Partiyanın ideyalarının həyata kecirilməsində, dövlətçiliyimizin elmi-ideoloji əsaslarının tədqiqi və təbliği istiqamətindəki aparılan ardıcıl və sistemli təşkilatı işlərə görə seçilən təşkilatlar sırasına daxil edilmiş, müsbət və səmərəli fəaliyyətə görə YAP Yasamal Rayon Təşkilatının diplomuna layiq görülmüşdür. Tədbirdə Fəlsəfə İnstitutu ilə yanaşı bir qrup fəal partiya üzvləri diplom və fərmanlarla mükafatlandırıldılar. Mükafatlandırılmalardan sonra tədbirin bədii hissəsi açıq elan edildi. Ölkəmizin tanınmış mədəniyyət və incəsənət ustaları bir-birindən maraqlı konsert proqramları ilə çıxış edərək, tədbir iştirakçılarına bayram əhval-ruhiyyəsi bəxş etdilər.

YAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldıYAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldı
YAP Fəlsəfə İnstitutu Təşkilatı uğurlu və səmərəli dövlətcilik fəaliyyətinə görə partiya tərəfindən diplomla mükafatlandırıldı