Fəlsəfə İnstitutunda “Filosoflar gələcəyi necə görürlər?” mövzusunda seminar keçirilib
Bu gün AMEA Fəlsəfə İnstitutunda “Filosoflar gələcəyi necə görürlər?” mövzusunda növbəti Ümuminstitut seminarı keçirildi.
Mövzu ilə bağlı ilk məruzəni Fəlsəfə İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə etdi. Məruzəçi bir sıra maraqlı tezislər irəli sürdü. Onların sırasında filosofların proqnozlaşdırma metodologiyaları, Azərbaycanın gələcəyi ilə bağlı fəlsəfi analizlərin aparılması zərurəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı futuroloji tədqiqatların intensivləşdirilməsi, mədəniyyətin təkamülünün fəlsəfi ölçülməsi ehtiyacı, informasiya texnologiyalarının dünyanın gələcəyinə təsirinin yeni aktual aspektləri və s. vacib elmi aktuallığı olan tezislər vardı.
F.e.d.. prof. Əli Abasov məruzəsində fəlsəfənin dünyanın gələcəyi ilə bağlı proqnostik fikirlər irəli sürməsi imkanlarına metafizik aspektdə nəzər saldı. Məruzəçi həmin kontekstdə müasir elmi istiqamətlərin fəlsəfə üçün hansı mənada “qida mənbəyi” rolunu oynaya biləcəyi barədə fikirlər irəli sürdü. O cümlədən, sinergetikanın dünyanın gələcəyi kontekstində elmi imkanlarını təhlil etdi.
Sonra f.e.d. Füzuli Qurbanov mövzu ilə bağlı məruzə etdi. Məruzəçi müasir elmdə dünyanın gələcəyi ilə bağlı mövcud olan təsəvvürlərin fəlsəfi ümumiləşdirilməsi imkanlarına toxundu. Bunun üçün hazırda elmdə mövcud olan üç yanaşmanı nümunə kimi götürdü. Həmin təsəvvürlərin yekun halında yaratdığı dünya obrazını fəlsəfi təhlil etməyə çalışdı. Bu zaman hazırda alimlərin irəli sürdükləri təkamül ssenarilərinin müqayisəli təhlilinə nəzər saldı.
Məruzələrdən sonra f.e.d., professor Əbülshəsən Abbasov, f.e.d., Rəfiqə Əzimova, f.e.d., professor Rəna Mirzəzadə, i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.f.d. Faiq Ələkbərli, f.ü.f.d. Hüseyn İbrahimov, f.e.d. Afaq Rüstəmova, f.ü.f.d Adil Qurbanov və digər çıxışçılar mövzu ətrafında fikir və mülahizələrini bildirdilər.