Gənclər günü münasibəti ilə Fəlsəfə İnstitutunda dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə açaraq bu gün münasibətilə İnstitutun gənc alimlərini təbrik etdi.
İlham Məmmədzadə çıxışında bildirib ki, Azərbaycan xalqının görkəmli dövlət xadimi, Ulu öndər Heydər Əliyevin imzaladığı Fərmanla 1997-ci ildən etibarən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. İ.Məmmədzadə həmçinin qeyd etdi ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Fəlsəfə İnstitutunun gənc alimlərinin elm sahəsində uğurla çalışdıqlarını, yerli və beynəlxalq elmi jurnallarda öz elmi məqalələri ilə çıxış etdiklərini diqqətlərə çatdıran İ.Məmmədzadə, gənc alimlərə bundan sonrakı fəaliyyətlərində də uğurlar arzuladı.
Daha sonra İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri, Tünzalə Musayeva, Gənc alim və Mütəxəssislər Şurasının sədr müavini Humay İsayeva, kiçik elmi işçi Vüsalə Gülmalıyeva, “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin əməkdaşı Tərgül Bayramlı, f.ü.f.d Faiq Ələkbərli, “Estetika” şöbəsinin əmkdaşı Yasmina Məlikova, elmi işçi Zaur Rəşidov çıxış edərək gənclər günü münasibəti ilə bağlı fikir və mülahizələrini bölüşdülər.
Sonda İnstitutun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, professor Rəna Mirzəzadə və s.ü.f.d. Məmmədağa Sərdarov çıxışlarında gənclərə elmi işlərində uğurlar arzulayaraq, onlara tövsiyyələrini verdilər.