28.01.2019, 14:51 - Baxış sayı: 1415

“Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda seminar keçirilib


“Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda seminar keçirilibYanvarın 28-də AMEA Fəlsəfə İnstitutunun “Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda növbəti seminarı keçirilib. Seminarda Fəlsəfə İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə məruzə ilə çıxış etmişdir.
İlham Məmmədzadə məruzəsində Azərbaycan fəlsəfə tarixinin araşdırılmasının aktual nəzəri və metodoloji özəlliklərini analiz edərək bu barədə aparılan tədqiqatların nəticəsi olaraq gəldiyi qənaətlərini seminar iştirakçıları ilə bölüşdü. Bu istiqamətdə tədqiqatların səmərəliliyinin artırılması üçün təkliflər irəli sürən məruzəçi, əsasən etnos, xalq, millət anlayışlarının fəlsəfi dərkinə yanaşmadan bəhs etdi. Bu anlayışların Azərbaycan fəlsəfəsində araşdırılması ilə bağlı öz mövqeyini təqdim edərək, həmin aspektdə Azərbaycan fəlsəfə tarixinin obyektiv və müasir tələblərə uyğun təqdim edilməsinin bir sıra aktual problemlərinə də toxundu.
Sonra mövzu ətrafında f.ü.f.d. Rövşən Hacıyev, f.e.d., professor Rəfail Əhmədli, f.ü.f.d. Faiq Ələkbərli, f.ü.f.d. Hüseyn İbrahimov, s.ü.f.d. Ruşan Ruşanzadə, ümumi işlər üzrə direktor müavini Qabil Camalov, f.e.d. Rəfiqə Əzimova, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.e.d., professor Əli Abasov, f.ü.f.d. İradə Zərqanayeva, f.ü.f.d, dosent Anar Qafarov, f.e.d., professor Arif Büniyatov və f.e.d. Fizuli Qurbanov çıxış edərək fikirlərini bildirdilər.
“Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda seminar keçirilib
“Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda seminar keçirilib
“Azərbaycan fəlsəfəsinin tədqiqi problemləri” mövzusunda seminar keçirilib