19.06.2017, 14:32 - Baxış sayı: 1515

“Mənəvi varlığımızı yaşadaq və inkişaf etdirək” mövzusunda seminar keçirilib


“Mənəvi varlığımızı yaşadaq və inkişaf etdirək” mövzusunda seminar keçirilib“Mənəvi varlığımızı yaşadaq və inkişaf etdirək” mövzusunda seminar keçirilib










16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə və AMEA-nın Fəlsəfə İnstitutunun təşkilati dəstəyi ilə Fəlsəfi Maarifçilik Assosiasiyası İctimai Birliyi tərəfindən “Mənəvi birliyimizi yaşadaq və inkişaf etdirək” layihəsi çərçivəsində seminar keçirilmişdir.
Seminarı Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə elmlər doktoru Adil Əsədov açmışdır. O, mənəvi birliyimizin ümumbəşəri və milli aspektlərinə toxunmuş, mənəviyyat anlayışının fəlsəfi xarakteristikasından söz açmışdır. Seminarda Fəlsəfi Maarifçilik Assosiasiyası İdarə Heyətinin sədr müavini, AMEA Fəlsəfə İnstitutunun əməkdaşı Natalya Əliyeva “Milli-mənəvi dəyərlərimiz və ənənələr” mövzusunda çıxış etmişdir.
Müzakirələrdə fəlsəfə üzrə elmlər doktoru, professor Azər Mustafayev, fəlsəfə üzrə elmlər doktoru Ziba Ağayeva, fəlsəfə üzrə fəlsəfə doktorları Hüseyn İbrahimov, Elfanə Qasımova, Leyla Nəzirzadə, Xəzər Universitetinin müəllimləri, AMEA-nın doktorantları Mələk Kərimova və Ruslan Xəlilov, AMEA Fəlsəfə İnstitutunun elmi işçiləri Yasmina Məlikova və Almaz Məlikova çıxış etdilər.