“Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: Şəxsiyyətlər, İdeyalar (yubileylər, anım tarixləri) mövzusunda” elmi konfrans keçirilib
20-21 dekabr 2018-ci il tarixində AMEA Fəlsəfə İnstitutunda İslam fəlsəfəsi şöbəsinin təşəbbüsü ilə “Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: Şəxsiyyətlər, İdeyalar (yubileylər, anım tarixləri)” adlı elmi konfrans keçirilmişdir.
İki gün davam edən konfransı giriş sözü ilə açıq elan edən Fəlsəfə İnstitutunun direktoru, f.ü.e.d., prof. İlham Məmmədzadə tədbirin önəmini vurğuladı. Daha sonra İctimai elmlər bölməsinin akademik-katibi akademik Nərgiz Axundova belə bir elmi konfransın əhəmiyyətli bir hal olduğunu, gələcəkdə onun beynəlxalq müstəvidə keçirilməsini və müasir dövrü də əhatə etməsinin vacibliyini qeyd etdi. Konfransın təşkilatçısı, İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə öz çıxışında hər il ənənəvi şəkildə keçiriləcək konfransın bir neçə məqsədi özündə ehtiva etdiyini vurğuladı.
Bir tərəfdən İslam fəlsəfəsinin görkəmli simalarının yubileylərini və anım tarixlərini qeyd etmək, onların dünyagörüşlərinin fərqli aspektlərini təqdim etmək, digər tərəfdən, fənlərarası araşdırmaları daha çox cəlb etməklə, İslam fəlsəfəsinə yeni baxış bucağının formalaşmasını təmin etməkdir.
Konfrans “Aristotelin İslam fəlsəfəsində izi – peripatetizm”; “İslam fəlsəfəsinin mahiyyətinin inikası – təsəvvüf fəlsəfəsi ( orta əsrlər)”; “İslam mədəni bölgəsində fəlsəfi düşüncə (XIX-XX əsrlər)” mövzular üzrə sistemləşdirilmişdi və İslam fəlsəfəsinin Rabiyə əl-Ədəviyyə, Mövlanə Cəlaləddin Rumi, Ömər Xəyyam, İbn Rüşd, Cəmaləddin Əfqani, Məhəmməd İqbal və b. dəyərli mütəfəkkirlərinin dünyagörüşləri haqqında məruzələri əhatə edirdi. Əhəmiyyətli haldır ki, konfransa yalnız Bakıdan deyil, həmçinin Gəncə, Şirvan, Naxçıvan ali məktəblərindən də məruzəçilər qoşulmuşdular.