19.12.2018, 20:11 - Baxış sayı: 1360

“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimatı keçirilib


“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimatı keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda İnstitutun doktorantı Günel Məliklinin “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimat mərasimi keçirildi. Tədbirdə giriş sözü ilə çıxış edən Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə bildirdi ki, prezident İlham Əliyevin siyasi strategiyası ölkədə stabilliyi saxlamaqla bütün vətəndaşların firavan həyat sürməsinin təmin olunması ilə bağlıdır: “Bu çox çətin bir vəzifədir və deyərdim ki, bu kitabda dövlət başçısının həyata keçirdiyi strategiya çox gözəl əks olunub. Onu da qeyd etmək lazımdır ki, bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bunu niyə qeyd edirik? Çünki bu gün Azərbaycana baxdıqda, onun inkişafını görməmək mümkün deyil”.
Kitabın müəllifi Günel Məlikli bildirdi ki, bu nəşr dövlət başçısının ad gününə töhfədir: “Onu qeyd edim ki, ötən dövr ərzində bütün sahələr üzrə ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilərək nailiyyətlər qazanılıb. İctimai-siyasi həyatın demokratikləşməsi, iqtisadiyyat modelinin bərqərar olması, ümumiyyətlə iqtisadi-sosial infrastrukturun təkmilləşdirilməsi Azərbaycanın gələcək inkişafına zəmin yaratmışdır. Müşahidə olunan dayanıqlı inkişaf həm də hakimiyyət qarşısında yeni uzunmüddətli inkişaf konsepsiyasının yaradılması və həyata keçirilməsi vəzifəsini qoymuşdur. İlham Əliyev prezident seçildikdən sonra Ulu Öndərin siyasi kursunu davam etdirəcəyini və bunu əməli surətdə həyata keçirəcəyini bəyan etməklə hər bir Azərbaycan vətəndaşının arzusunu reallaşdırdı. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi, ilk növbədə uğurların daha da çoxalması və dövlətçiliyimizin əbədiliyi deməkdir”. “İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimatı keçirilibMilli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin fikrincə, bu kitabın mahiyyətində bir həqiqət durur ki, cəmiyyəti idarə etmək qədər çətin, məsuliyyətli, eyni zamanda şərəfli ikinci bir vəzifə yoxdur: “Cəmiyyəti idarə etmək olduqca çətindir. Kataklizimlərlə dolu olan 90-cı illərdə Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsi və prioritetləri seçməsi olduqca böyük ustalıq tələb edən məsələ idi. Sözün əsl mənasında ulu öndər Heydər Əliyev yüksək liderlik keyfiyyətləri göstərərək ölkəni o çətin məqamlardan çıxara bildi. Bunun üçün vacib şərtlərdən biri prioritetləri seçmək idi. O dövrdə dağılmayan sahə yox idi. İqtisadiyyat dağılmışdı, mənəvi keyfiyyətlər pozulmuşdu və olduqca ağrılı bir dövr idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsi ilə prioritetləri seçdi və Azərbaycanda sabitlik bərpa olundu. 2003-cü ildən başlayaraq o sabitlik bazasında daha mütərəqqi, perspektivli siyasət aparılmağa başlandı”.
“İlham Əliyevin siyasi strategiyasında milli prioritetlər” adlı kitabın təqdimatı keçirilibDaha sonra AMEA Elm və təhsil idarəsinin rəisi, professor Əminağa Sadıqov, Bakı Dövlət Universitetinin sosiologiya kafedrasının müdiri, professor İzzət Rüstəmov, Bakı Dövlət Universitetinin dosenti Azər Şirinov, Fəlsəfə İnstitutunun şöbə müdirləri f.ü.e.d. Rəna Mirzəzadə və f.ü.e.d Afaq Rüstəmova, Fəlsəfə İnstititunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli və digər qonaqlar kitab haqqında çıxış edərək gənc tədqiqatçıya elmi və yaradıcılıq işlərində uğurlar arzuladılar.