12.12.2018, 18:24 - Baxış sayı: 991

Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir


Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir2018-ci il dekabrın 12-də AMEA Fəlsəfə İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir. Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra İnstitutun direktoru f.e.d. professor İlham Məmmədzadə anım mərasimini giriş sözü ilə acaraq Ulu Öndərin zəngin dövlətçilik irsinin həyata kecirilməsi istiqamətindəki ardıcıl işlərdən danışdı. Ötən 15 il ərzində bu vəzifələrin layiqincə yerinə yetirilməsində əsas istiqamət kimi sabitliyin nəinki qorunub saxlanılmasını, həm də onun davamlı olması istiqamətində Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin mühüm məqamlarını önə cəkdi. Dünyada hazırkı geosiyasi vəziyyətə dair təhlillər apararaq Azərbaycanın belə şəraitdə inkişaf dinamikasının yüksələn xəttlə inkişafının ölkəmiz və region üçün xüsusi önəm daşıdığına diqqət çəkdi. Ulu Öndərin insan haqlarının müdafiəsi ilə bağlı apadığı siyasətin dünyada sülhün və sabitliyin qorunmasına mühüm çağırışlar olduğunu, bu gün də bu çağrışların Azərbaycan tərəfindən həyata kecirilməsinin bəşəriyyət üçün əhəmiyyətini şərh etdi. Əldə olunmuş nəticələr mərasim iştirakçılarının diqqətinə çatdırıldı.
İnstitutun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli Ulu Öndərin irsinin öyrənilməsi istiqamətdə zəngin biliklərin ortaya qoyulması, onun zaman-zaman cəmiyytimiz tərəfindən dərk edilməsi zərurətinin güclü dövlətciliyimiz naminə vacibliyini əsaslandırdı. Ulu Öndərin iş təcrübəsindəki güclü vətənpərvərlik ruhundan, ədalətli mövqeyindən danışdı.
Sonra İnstitutun şöbə müdiri f.ü.e.d. Füzuli Qurbanov Ulu Öndərin milli dəyərlərimizə verdiyi qiymətin, dövlətciliyimizin inkişafında yaratdığı sabitliyin, güclü iqtisadiyyatın və geosiyasi tarazlığın müsbət nəticələrinə toxundu. O əsaslandırdı ki, zaman keçdikcə cərəyan edən hadisələr dahi siyasi xadimin haqlı olduğunu göstərdi.
İnstitutun şöbə müdirləri f.ü.f.e.d Afaq Rüstəmova və f.ü.e.d. Rəna Mirzəzadə XX əsrin 90-cı illərində ölkədə yaranmış hərci-mərciliyin xalqımız və dövlətçiliyimiz üçün ağır nəticələrindən söz açdılar. Belə çətin şəraitdə görkəmli strateqin qısa vaxtda ölkədəki ictimai-siyasi sabitliyə nail olması, xalqla siyasi liderin həmrəyliyinin yaradılamsı kimi tarixi missiyanın həyata keçirməsinə dair təhlillər apardılar. Məhz belə müdrik siyasətin nəticəsində qüdrətli dövlətcilik, inkişaf və tərəqqinin inkaredilməz olduğu bildirildi.
Fəlsəfə elmləri doktoru, İnstitutun şöbə müdirləri, Fəlsəfə elmləri doktoru Azər Mustafayev, fəlsəfə elmləri doktoru, Rəfiqə Əzimova, fəlsəfə elmləri doktoru Adil Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində ölkəmizin müasir dünyadakı mövqeyinin gündən-günə artmasını elmi faktlarla diqqətə çatdırdılar.
YAP Fəlsəfə İnstitutunun sədri s.e.ü.f.d Sənan Həsənov cıxış edərək Ulu Öndər Heydər Əliyevin ideyalarını mütərəqqi və mükəmməl ideologiya ətrafinda birləşdirən Yeni Azərbaycan Partiyasının İnstitutda fəaliyyətə başlaması ilə İnstitut ziyalılarının bu ideya ətrafındakı çoxtərəfli elmi-ictimai fəaliyyətinə toxundu. Bu ideyaların Azərbaycanın inkişaf strategiyasındakı alternativinin olmadığını nəzərə çatdırdı.
Ümumilikdə mərasim iştirakcıları Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyasının müasir Azərbaycan dövlətciliyinin möhkəm baza üzərində formalaşmasındakı rolunu təhlil etdilər. Strateji təfəkkür sahibi olaraq Ulu Öndərin xalqının gələcək inkişafının bünövrəsini qoyması, onun şəxsi keyfiyyətlərinin zaman kecdikcə xalqının və millətinin örnək və qürur mənbəyinə çevrilməsini əsalandırdılar.
Mərasimə İnstitutun direktoru f.e.d. prof. İlham Məmmədzadə yekun vurdu. Qarşıda duran vəzifələrə dair tövsiyələrini iştirakçıların diqqətinə çatdırdı.
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir
Ulu Öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir