Azərbaycan Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş Fəlsəfə və Hüquq İnstitutunun əməkdaşı, hüquq elmləri doktoru Ramin Qurbanovun layihəsi Avropa Şurası tərəfindən mükafata layiq görülüb.
Qeyd edək ki, 2017-ci ildə Avropa Şurasının üzv dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən 37 layihə “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinə təqdim olunmuşdur. 27 oktyabr 2017-ci il tarixində isə Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsi üzrə qalib dövlətləri elan etmişdir. Ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın dörd ən qabaqcıl layihəsi Avropa Şurası tərəfindən mükafata layiq görülmüşdür. Azərbaycan da Avropa Şurasının “Ədliyyənin Kristal Tərəzisi” müsabiqəsinin mükafatçısı olub. Qürurverici haldır ki, bu yenilik məhz Azərbaycan Milli Elmlər Akademiyasının adı ilə bağlıdır.
Bu münasibətlə AMEA Fəlsəfə İnstitutunun rəhbərliyi hüquq elmləri doktoru Ramin Qurbanovu təbrik edir, ona işlərində uğurlar arzulayırlar.