20.11.2018, 09:15 - Baxış sayı: 949

Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, Düşüncə və Din Elmləri” adlı beynəlxalq konqressdə ölkəmizi Fəlsəfə İnstitutunun gənc alimi Anar Qafarov təmsil edib


Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, Düşüncə və Din Elmləri” adlı beynəlxalq konqressdə ölkəmizi Fəlsəfə İnstitutunun gənc alimi Anar Qafarov təmsil edib2018-ci il noyabrın 8-dən 10-na kimi Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, Düşüncə və Din Elmləri” adlı beynəlxalq konqressdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun gənc alimi vəAzərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov təmsil etmişdir. İngiltərə, Amerika, Almanya, İran, İraq vb. ölkələrin qabaqcıl universitetlərin alimlərinin iştirakı ilə təşkil olunan konqressdə elm tarixi, fəlsəfə, linqivistika, müasir elm sahələri, din, əxlaq, ədəbiyyat, sənət və incənət kimi sahələrdə bəzi məsələlər geniş elmi müzakirə obyektinə çevrilmişdir. Konqressde ölkəmizi təmsil edən Azərbaycan alimi Anar Qafarov “İctimai dəyərlərlə əlaqədar şüurun və fərqindəliyin formalaşmasında din və İslam fəlsəfəsinin yeri və Azərbaycan multikulturalizmi” adlı məruzəsiylə çıxış etmişdir. Qloballaşma prosesi ilə cəmiyyətlər üçün mədəni müxtəlifliyin labüd olduğunu qeyd edənA. Qafarova hər şeydən əvvəl lokal və qlobal dəyərlərin mənimsənilməsi və müxtəlif kültür və mədəniyyətləri təmsil edən fərd və cəmiyyətlər arasındaki münasibətlərin inkişaf etdirilməsi baxımından qloballaşma hadisəsini müsbət bir amilkimi qiymətləndirmişdir.
Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, Düşüncə və Din Elmləri” adlı beynəlxalq konqressdə ölkəmizi Fəlsəfə İnstitutunun gənc alimi Anar Qafarov təmsil edibLakin A. Qafarova görə bu proseslə dil, rəng, etiqad, mədəniyyət, məzhəb, təriqət və iqtisadi cəhətlərdən ortaya çıxan müxtəlifliyin ictimai vəhdət zəminində həll edilməsi bir o qədər də asan olmayan bəzi problemləri meydana gətirəcəyi də istisna edilmir. Belə ki, qloballaşma prosesində özünü və dünyanı yenidən inşa etmə qayəsi ilə yola çıxan insan, varlıq aləmindəki elmi kəşf və icadlarıyla mədəni həyat tərzini və insan həyatını asanlaşdırmaqla yanaşı, digər tərəfdən elmi və texnolojik kəşflər sayəsində güc əldə edib, zamanla metafizikadan bağını qopararaq, həddindən artıq dünyəviləşdi. Beləcə insanlıq metafizik hədəfindən uzaqlaşdı. Nəticə etibarilə insanın ülvi mənliyinin inşası yerini süfli mənliyi olan eqonun inşasına, “biz mərkəzli” həyat fəlsəfəsi “mən mərkəzli” həyat fəlsəfəsinə, bir dəyər olaraq həqiqətin və humanist dəyərlərin mərkəzə alındığı dünyagörüşü vaxt keçdikcə yerini əşya mərkəzli bir dünyagörüşünə tərk etdi. İnsan övladının özünə yadlaşmasını ehtiva edən “mən mərkəzli” həyat fəlsəfəsinin nəticədə kapitalizmi ortaya çıxardığını qeyd edən alimimiz mahiyyəti etibarilə əşya mərkəzli bir dünya görüşünü ehtiva edən kapitalist zehniyyətin əşyaya və ya bir kapitala sahib olmaq üçün bir dəyər və məqsəd olan insanı vaxt keçdikcə vasitə halına gətirərək dəyərsizləşdirdiyindən bəhs etmişdir. A. Qafarova görə belə bir vəziyyət ictimai münasibətlərin mənəvi toxumlarını aşındıraraq sosial vəhdət baxımından böyük sıxıntı olan “mən və başqası” problemini də özüylə birlikdə gətirmişdir.Mədəni müxtəliflik, demokratiya və insan hüquqları və azadlığı mövzusunda keçirilən bir çox siyasi müzakirələrə baxmayaraq dünyamızın şiddət, zülm, ədalətsizlik, özgələşdirmə, huquq bərabərsizliyi, marjinallaşdırmayı nümayiş etdirən mənfi hallar və münasibət formalarıyla çalxalanan bir planet halına gəldiyini qeyd edən Anar Qafarov bu mənada ictimai vəhdət və həmrəyliyi canlandırcak əsas dəyər və prinsiplərinmədəniyyətimizin maddi və mənəvi dəyərlərini dini və fəlsəfi müstəvidə təkrar nəzərdən keçirilməsinin əhəmiyyətinə diqqət çəkmişdir. Bu mənada sosial-mədəni və mənəvi mədəniyyəti tarix boyu özündə əks etdirən Azərbaycanın birgəyaşayış ənənəsindən və bu mənadaki ictimai dəyərlərindən nümunələr gətirmişdir.
Türkiyənin Mardin Artuklu Universitetində keçirilən “Dil, Düşüncə və Din Elmləri” adlı beynəlxalq konqressdə ölkəmizi Fəlsəfə İnstitutunun gənc alimi Anar Qafarov təmsil edib A. Qafarovun məruzəsi konqress iştirakçıları və alimləri tərəfindən maraqla qarşılanmışdır.Qeyd edək ki, tək müəllif, ortaq müəllif, elmi redaktor, tərcüməçi müəllif, editor olmaqla 20-yə yaxın kitabı, çox saydaelmi məqalənin müəllifi olan Anar Qafarov,bir çox beynəlxalq konfranslarda,Amerika və Türkiyənin müxtəlif universitetlərində təşkil olunan beynəlxalq seminarlarda Əxlaq fəlsəfəsi, Mədəniyyət təsəvvürü, Əməyin psixologiyası və sosiologiyası, İslam fəlsəfəsi və mədəniyyəti çərçivəsində dəfələrlə silsiləvi şəkildə məruzələrlə iştirak etmiş, seminarlar vermiş, ölkə daxinlində və xaricində mühüm elmi və sosial layihələr həyata keçirmişdir. Fəxrnamə, təqdirnamə və təşəkkürnamə olmaqla bir çox yerli və beynəlxalq mükafatla təltif edilən f.ü.f.d. dosent Anar Qafarov fəlsəfə və əxlaq sahəsində elmi əsərlərinə dünyanın müxtəlif universitetlərində çox sayda müraciət edilən və beynəlxalq impact faktoru 31 yüksələn bir Azərbaycan alimdir. Alimimiz həm də Dünya Səhiyyə Birliyi Etika Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Mənəvi Dəyərlər Fondunun ekspetidir.