15.11.2018, 12:59 - Baxış sayı: 1173

Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib


Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilibBu gün AMEA Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib.
YUNESKO-nun təsis etdiyi “Ümumdünya Fəlsəfə Günü”nə həsr olunmuş konfransı giriş sözü ilə açan İnstitutun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə hər il ənənəvi olaraq keçirilən konfransın əhəmiyyətindən bəhs edərək, ölkəmizdə elm və təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Həmçinin fəlsəfə elminin öyrənilməsinin, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyin qorunmasındakı rolundan danışmış və maarifçiliyin geniş inkişaf etdirilməsində fəlsəfənin rolunun zəruriliyini də vurğulayıb.
Akademik Nərgiz Axundova çıxış edərək “Ümumdünya fəlsəfə günü” münasibətilə filosofları və qonaqları təbrik etdi. N.Axundaova fəlsəfə elminin öyrənilməsinin əhəmiyyətindən, fəlsəfi biliklərin cəmiyyətin mənəvi saflığının və sabitliyinin qorunmasındakı rolundan, həmçinin Azərbaycan fəlsəfə elminə olan marağın böyük olmasından danışaraq, bu sahədə digər elmlərin də mənimsənilməsində fəlsəfi mülahizələrin zəruriliyini vurğuladı.
Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilibTürkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiriliyinin müşaviri İrfan Çiftçi, Yunanıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Nikolaos Kannelos çıxış edərək “Ümümdünya Fəlsəfə Günü” münasibətilə konfrans iştirakçılarını təbirik edərək, fəlsəfə sahəsində çalışan bütün elm adamlarına uğurlar dilədilər.
Daha sonra konfransda f.ü.e.d. Zümrüd Quluzadənin “Azərbaycanda maarifçilik fəlsəfəsinin istiqamətləri”, Milli Araşdırmalar Mərkəzi, elmi işlər üzrə direktor müavini, professor Zaim Xənşələvinin “Ərəb-müsəlman sivilizasiyası ümumbəşəri kontekstdə: fəlsəfi perspektivlər”, Biskra Universitetinin Prezidenti, professor Xalsallah Miludinin “Fəlsəfənin Əlcəzairdə tədrisi”, f.ü.e.d., professor İzzət Rüstəmovun “Azərbaycanda maarifçilik fəlsəfəsinin təkamülü”, f.ü.e.d. Rəfiqə Əzimovanın “Filosof şəxsiyyəti və fəlsəfi təfəkkür tərzi”, f.ü.e.d., professor Əli Abasovun “Milli fəlsəfə nədir?”, f.ü.e.d., professor Rəbiyyət Aslanovanın “Müasir dövrdə fəlsəfənin tədrisinin aktual problemləri”, İstanbul Mimar Sinan Universitetinin professoru dr. Hakan Poyrazın “Fəlsəfə və özünü dərk etmə”, f.ü.e.d. Füzuli Qurbanovun “Azərbaycan maarifçiliyi mədəniyyət yaddaşı kimi”, f.ü.e.d., professor Rəna Mirzəzadənin “İlham Əliyev strategiyasinda azərbaycançılıq ideologiyasi siyasi-fəlsəfi məktəbdir”, f.ü.e.d. Adil Əsədovun “Maarifçilik – fəlsəfi fikrin yaradıcısı və gerçəkləşdiricisi arasında əlaqələndirici həlqə kimi” f.ü.f.d. Zöhrə Əliyevanın “ADR-in maarifçilik potensialı”, İradə Zərqanayevanın “Maarifçiliyin dini, fəlsəfi və ideoloji aspektləri”, f.ü.f.d. Hüseyn İbrahimovun “İntibah, maarifçilik məsələlərinin klassifikasiyasına dair”, f.ü.f.d. Mətanət Şəkixanovanın “İlk türk maarifçiliyi hərəkatı: cədidçilik” (XIX-XX əsrlər) mövzusunda məruzələri dinlənilib.

VİDEO: “Maarifçilik və fəlsəfə” mövzusunda beynəlxalq konfrans keçirilib

Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib
Fəlsəfə İnstitutunda “Ümumdünya fəlsəfə günü” münasibəti ilə “Maarifçilik və fəlsəfə” mövzusunda Beynəlxalq elmi-nəzəri konfrans keçirilib