12.11.2018, 11:09 - Baxış sayı: 1066

Bakıda Ca`Foskari Universitetinin nümayəndəliyinin rəsmi açılış mərasimi keçirilmişdir


Bakıda Ca`Foskari Universitetinin nümayəndəliyinin rəsmi açılış mərasimi keçirilmişdir2018-ci il noyabrın 3-də Venesiya şəhərində yerləşən Ca”Foskari Universitetinin Bakı nümayəndəliyinin rəsmi açılış mərasimi keçirilmişdir. Mərasimdə universitetin Prezidenti Mikele Buliyesi çıxış etmişdir.
Universitetin vitse-prezidenti Titsiana Lipielli Azərbaycana öz salamını çatdirmaqla bərabər, bu günlərdə nəşr olunmuş “İdentiklik və Multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər” adlı toplunu təqdim etdi. O, qeyd etdi ki, bu toplu ötən il AMEA Fəlsəfə İnstitutunda həmin mövzuda keçirilmiş konfransın çap olunmuş materiallarıdır. Xanım Titsiana Lipielli xüsusi olaraq qeyd etdi ki, AMEA Fəlsəfə İnstitutu Ca`Foskari Universiteti ilə uzun illərdir əməkdaşlıq edir. Fəlsəfə İnstitutunun İtaliya Universiteti ilə bu əməkdaşlığı İtaliya-Azərbaycan arasında elmi, mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır.