12.11.2018, 19:26

"Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: şəxsiyyətlər, ideyalar" mövzusunda konfrans keçiriləcək


"Azərbaycan və İslam fəlsəfəsinin parlaq səhifələri: şəxsiyyətlər, ideyalar" mövzusunda konfrans keçiriləcəkAZƏRBAYCAN VƏ İSLAM FƏLSƏFƏSİNİN PARLAQ SƏHİFƏLƏRİ: ŞƏXSİYYƏTLƏR, İDEYALAR (yubileylər, anım tarixləri)
(Beynəlxalq konfrans, 20-21 Dekabr 2018, Bakı)

Konfransın mövzuları:

1. Aristotelin İslam fəlsəfəsində izi - peripatetizm

a) Əbülhəsən Bəhmənyar (993-1066) - 1025
b) Əbunəsr Fərabi (873-950) - 1145
c) İbn Rüşd (1126-1198) - 820 (anım tarixi)


2. İslam fəlsəfəsinin mahiyyətinin inikası - təsəvvüf fəlsəfəsi (orta əsrlər)

a) Rəbiyyə əl-Ədəviyyə (718-801) - 1300
b) Ömər Xəyyam (1048 -1131) - 970
c) Əbu Hamid əl-Qəzali (1058-1111) - 960
d) Şəms Təbrizi (1185-1248) - 770 (anım tarixi)
e) Cəlaləddin Rumi (1207-1273) - 745 (anım tarixi)
f) Şihabəddin Yəhya Sührəvərdi - 850

3. İslam mədəni bölgəsində fəlsəfi düşüncə (XIX-XX əsrlər)

a) Cəmaləddin Əfqani (1838-1897) - 180 (anım tarixi)
b) Heydər Hüseynov (1908-1950) - 110
c) Məhəmməd İqbal (1877-1938) -145
d) Cübran Xəlil Cübran (1883-1931) - 135

Məruzə tezislərinin tərtib olunma qaydaları:
- Mətn Microsoft Word for Windows redaktorunda (Times New Roman (Az.latın) şriftilə - 12pt, sətrlərarası interval – 1,5) yığılır, A4 formatlı standart (210x297 mm), (məqalənin ümumi həcmi maks. 4-5 səh.), ağ kağızda çap olunmalıdır;
- Mətnin əvvəlində böyük şriftlə məruzənin adı, altında və sağ tərəfdə müəllifin soyadı, adı və atasının adı, ondan altda isə iş yeri və elektron ünvanı (hamısı kiçik şriftlə) göstərilməlidir.

Məruzə tezislərinin qəbul olunması üçün son tarix: 10 dekabr 2018-ci il
Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.
Təşkilat komitəsi ilə əlaqə:
Ünvan: AZ1073, Azərbaycan Respublikası, Bakı şəhəri, Hüseyn Cavid pr. 115,
AMEA, Əsas bina, Fəlsəfə İnstitutu, 938-ci otaq.
Tel.: (+994) 55 296 47 27
E-mail: ceyran.huseynli.96@mail.ru