01.11.2018, 13:35 - Baxış sayı: 1228

Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublar


Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublarBu gün Qazaxıstanın Çimkənd şəhərində yerləşən Avrasiya Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Fəlsəfə Məktəbinin 23 nəfərlik şagird qrupu “Dünyanın dahi filosofları” layihəsi çərçivəsində AMEA-nın Fəlsəfə İnstitutunda institutun direktoru f.ü.e.d. professor İlham Məmmədzadə, elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli, elmi katib, f.ü.f.d., dosent Sevinc Həsənova, Fəlsəfə İnstitutunun "Beynəlxalq əlaqələr" şöbəsinin müdiri, f.ü.f.d. Zöhrə Əliyeva, Fəlsəfə İnstitutunun Gənc Alimlər Şurasının sədri Tünzalə Musayeva, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova ilə görüşüblər.
Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə qonaqları salamladı və onları Azərbaycanda görməkdən məmnununluğunu ifadə edərək İnstitutun fəaliyyəti barədə ətraflı məlumat verdi. Həmçinin şagirdlərə elm öyrənməyin, elmin hər zaman inkişaf etdiyini və insanların da bacardığı qədər bu bu yeniliklərlə tanış olmalarının vacibliyini qeyd etdi. İ.Məmmədzadə öz çıxışında müasir kütləvi informasiya vasitələrinin əleyhinə olmadığını və ancaq kitabın hər zaman bütün texnikalardan üstün olduğunu vurğuladı.
Şagirdlər İlham Məmmədzadəyə Qazaxıstandan gətirdikləri kitabları təqdim ediblər.
Gənc filosof şagirdlərin hər biri tədqiq etdiyi və məlumat verdiyi layihədə Azərbaycan və Qazaxıstanın dövlət başçıları, görkəmli ictimai-siyasi xadimləri, elm, mədəniyyət və yaradıcı şəxsiyyətləri, milli qəhrəmanları barəsində öz orijinal fikir və düşüncələrini ifadə etdilər.
Qrupun və layihənin rəhbəri Aitqul Savlebayeva İnstitutun rəhbərliyinə onlara göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Sonda qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun diplomları ilə təltif edildilər.
Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublar
Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublar
Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublar
Qazaxıstanlı şagirdlər Fəlsəfə İnstitutunun qonağı olublar