02.07.2018, 11:58 - Baxış sayı: 1066

İnstitutun şöbə müdirləri Adil Əsədov və Füzuli Qurbanov "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər


İnstitutun şöbə müdirləri Adil Əsədov və Füzuli Qurbanov "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər30 iyun 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunun Lahıc qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun “Estetika” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov sözügedən həmin konfransda “Milli kimlik etnogenezin personalist konsepsiyası konteksində” mözsusunda, İnstitutun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov “Müstəqil Azərbaycan ideyası: fəlsəfə və folklorun işığında” mövzsusunda məruzə ilə çıxış etmişlər.
Fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov konfransın “Cümhuriyyət dövründə Azərbaycan folklorşünaslığı və Azərbaycan Tədqiq və Tətəbbü Cəmiyyəti” adlı birinci bölməsinin həmsədri olmuşdur.
İnstitutun şöbə müdirləri Adil Əsədov və Füzuli Qurbanov "Folklor milli kimlik kontekstində" mövzusunda Beynəlxalq Elmi Konfransda iştirak ediblər