24.10.2018, 10:35 - Baxış sayı: 785

Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edib


Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edibAZƏRTAC xəbər verir ki, “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin qurulması” mövzusunda keçirilən builki iclasda dünyanın 40-dan çox ölkəsindən dövlət rəsmiləri, elm adamları, ictimai xadimlər, mədəniyyət sahəsinin fəalları daxil olmaqla, ümumilikdə, mindən çox nümayəndə iştirak edir.
Azərbaycanı bu beynəlxalq forumda Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
İclasın açılış mərasimində çıxış edən Ümumçin Xalq Nümayəndələri Yığıncağının (parlament) sədr müavini Van Çen Çin Xalq Respublikasının Sədri Si Cinpinin forum iştirakçılarına müraciətini oxuyub. O, forumun müxtəlif mədəniyyətlərin mübadiləsi vasitəsilə birgə gələcəyin qurulmasına dair müzakirələrin aparılması üçün yaxşı platforma olduğunu deyib.
Baş nazirin müavini Əli Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik iclasının iştirakçılarına müraciətini oxuyub.
Azərbaycan-Çin münasibətlərinin böyük tarixi olduğunu diqqətə çatdıran Əli Əhmədov deyib ki, ölkəmiz Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına əhəmiyyət verir. Möhkəm təməllər üzərində qurulan, dostluq və qarşılıqlı etimada əsaslanan Azərbaycan-Çin əlaqələrini hazırda dinamik inkişaf edən çoxtərəfli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirmək olar.
Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün əməkdaşlığımızın daha da dərinləşməsi üçün yeni imkanlar yaratdığını diqqətə çatdıran Baş nazirin müavini əlavə edib ki, Azərbaycan bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdən biri olmaqla yanaşı, onun icrasına töhfə verməyə hazırdır.
Qeyd olunub ki, tarixən müxtəlif xalqların və fərqli dinlərə inananların sülh, mehriban şəraitdə yaşadıqları Azərbaycan multikulturalizm, tolerant dəyərləri ilə seçilib. Hazırda multikulturalizm Azərbaycanda dövlət siyasəti olmaqla yanaşı, cəmiyyətin həyat tərzidir.
Azərbaycan nümayəndə heyəti Pekində Tayhu Dünya Mədəniyyət Forumunda iştirak edibDünyada bir çox ölkələrin dinlərarası qarşıdurma, separatizm, etnik təmizləmə, terrorizm kimi müxtəlif narahatlıqlarla üzləşdiyini bildirən Əli Əhmədov diqqətə çatdırıb ki, qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal olunub, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycan ümid edir ki, haqq-ədalət təmin olunacaq və BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin tələbləri yerinə yetirilməklə, torpaqlarımız işğaldan azad olunacaq, ölkəmizin ərazi bütövlüyü təmin ediləcək. Baş nazirin müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Çin tərəfinə təşəkkür edib.
Dünyanı narahat edən mövzuların müzakirəyə çıxarıldığı Tayhu Forumunun əhəmiyyətini qeyd edən Baş nazirin müavini deyib ki, birgə xoşbəxt gələcəyin qurulması hər kəsi düşündürən məsələ olmalıdır.
Ümumi, 6 tematik və yekun iclaslardan ibarət forumda beynəlxalq münasibətlər, iqtisadiyyat, mədəniyyət, ekologiya, fəlsəfə, sosiologiya və təbabət mövzularında, habelə “Bir kəmər, bir yol” təşəbbüsünə dair müzakirələr aparılır.
Azərbaycan ümayəndə heyətinin üzve AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru professor İlham Məmmədzadə formda “Bizim müasirliyin fəlsəfəsi və maarifçilik” adlı məruzə ilə çıxışb edib.
Nümayəndə heyətinin digər üzvləri də iclasın müxtəlif mövzularda bölmə iclaslarında məruzəçi qismində çıxış ediblər.
Qeyd edək ki, illik iclas Çinin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Tayhu Dünya Mədəniyyəti Forumu və nüfuzlu “China Daily” qəzeti tərəfindən təşkil edilib.