16.10.2018, 18:45 - Baxış sayı: 809

Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi beynəlxalq simpoziumda iştirak edib


Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi beynəlxalq simpoziumda iştirak edibAMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, f.ü.f..d., dos. Rəşad Əsgərov 01-06 oktyabr 2018-ci il tarixlərində Türkiyənin Gümüşhanə şəhərində Gümüşhanə Universitetinin təşkil etdiyi “I. Bir Bölge Bir Ülke Semponziumu”nda iştirak edib. Gümüşhanə Universitetinin təşkilatçılığı ilə həyata keçirilən simpoziumda “Aliye İzzetbegoviçin fəlsəfəsində intellektual azadlıq düşüncəsinin əsas cizgiləri” mövzusunda məruzə ilə çıxış edib. O, öz məruzəsində Aliyə İzzətbegoviçin dünyagörüşündə islam, azadlıq və əxlaq analyışlarının qoyuluşu müxtəlif yanaşmalardan ətraflı tədqiq edilib araşdırılmasından, onun islamın müsəlmanlar arasında birləşdirici faktor kimi ədalət və azadlıq məfkurəsinin genişlənməsindəki mütərəqqi rolundan bəhs edib.
Eyni zamanda R.Əsgərov məruzəsində türkdilli xalqların yaşadığı bölgələrdə təhsil, din, azadlıq mübarizəsində intellektual insanların rolu və fəaliyyətini müqayisəli təhlilə cəlb edərək, bölgədə yaşayan xalqların azadlıq haqqında baxışlarını fəlsəfi nöqteyi-nəzərdən təhlil edib.
Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi beynəlxalq simpoziumda iştirak edib