16.10.2018, 10:15 - Baxış sayı: 817

Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilib


Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilib15 oktyabr 2018-ci il tarixində Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir. Tədbiri giriş sözü ilə İnstitutun elmi işlər üzrə direktor müavini, f.ü.e.d., dosent Eynulla Mədətli açaraq qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirildiyini, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və digər sahələrdə geniş təmsil olunduqlarını qeyd etdi. O, çıxışında Azərbaycan qadınlarının ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdiklərini, onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlərin olduqlarını bildirdi.
Sonra çıxış üçün söz Fəlsəfə İnstitutu GAMŞ-ın sədri Tünzalə Musayevaya verildi. T.Musayeva öz çıxışında bu günün yaranmasından danışdı. Bu günün keçirilməsində əsas məqsədin diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltmək olduğunu bildirdi.
Sonda isə əməkdar elm xadimi, f.ü.f.e.d Rəfiqə Əzimova, f.ü.f.e.d Afaq Rüstəmova, f.ü.e.d Ziba Ağayeva, əməkdar mədəniyyət işçisi Almaz Məlikova və GAMŞ-ın üzvləri öz çıxışları ilə mövzu ətrafında müzakirələr apardılar.
Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilib
Fəlsəfə İnstitutunda “11 oktyabr Beynəlxalq Qızlar Günü” münasibəti ilə dəyirmi masa keçirilib