10.10.2018, 11:07 - Baxış sayı: 1403

Fəlsəfə İnstitutunun əməkdaşları Ankarada Türk Tarixi Konqresində iştirak ediblər


Fəlsəfə İnstitutunun əməkdaşları Ankarada Türk Tarixi Konqresində iştirak ediblər01-06 oktyabr 2018-ci il tarixlərində Türkiyənin Ankara şəhərində Türk Tarix Qurumunun təşkil etdiyi 18-ci Türk Tarixi konqresi baş tutub. Həmin Konqresdə yalnız Türk Cümhuriyyətlərinin alimləri deyil, eyni zamanda ABŞ, Rusiya, Yaponiya, Koreya, Avstraliya, Bolqarıstan, Almaniya və digər ölkələrdən də elm adamları, tədqiqatçılar qatılıblar. Böyük nümayəndə heyəti ilə Konqresə qatılan Azərbaycanın tarixçi, fəlsəfəçi, dilçi, ədəbiyyatçı, folklorşünas alimlərinin, tədqiqatçılarının məruzələri maraqla dinlənilmişdir.
Fəlsəfə İnstitutunun əməkdaşları Ankarada Türk Tarixi Konqresində iştirak ediblərAMEA Fəlsəfə İnstitutunun əməkdaşları da Ankarada Türk Tarixi Konqresində iştirak ediblər. Həmin konqresdə AMEA Fəlsəfə institutunun direktor müavini, f.ü.f.d. dos. Eynulla Mədətli “Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyə ilə əlaqələri (İran tarixçiliyində)”, f.ü.f.d., dos. Faiq Ələkbərli “20-ci əsrin başlarında türkçülüklə bağlı iki fərqli düstur” və fəlsəfə üzrə fəlsəfə doktoru Samirə Kadıyeva “Çağdaş dönəm Türkiyə-Rusiya əlaqələri: işbirliyi və inkişaf perspektivlərinə dair problemlər” mövzularında məruzə ediblər.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti Ankarada olduğu zaman, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, dövlət başçısı Məhəmməd Əmin Rəsulzadənin Əsri məzarlığındakı abidəsini və Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını də ziyarət ediblər.
Fəlsəfə İnstitutunun əməkdaşları Ankarada Türk Tarixi Konqresində iştirak ediblər