28.09.2018, 10:54 - Baxış sayı: 797

Fəlsəfə İnstitutunun əməkdaşı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb


Fəlsəfə İnstitutunun əməkdaşı “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb01.08.2018 tarixində Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən bir sıra mədəniyyət işçiləri fəxri adlara layiq görülüb. Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə fəxri ada layiq görülənlər arasında AMEA Fəlsəfə İnstitutunun “Estetika” şöbəsinin elmi işçisi Məlikova Almaz Cavanşir qızı da var. O, kinematoqrafiyanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.