19.01.2017, 13:15 - Baxış sayı: 908

20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildi


20 Yanvar faciəsi qurbanlarının xatirəsi Fəlsəfə İnstitutunda yad edildiAMEA Fəlsəfə İnstitutunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan institutun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın milli müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərin qəhrəmanlığından danışdı.
İ. Məmmədzadə bildirdi ki, xalq Sovet ordusunun törətdiyi terror aktı ilə bağlı emosiyalarını ilk illər kəskin şəkildə büruzə versə də, bir müddət sonra hadisələrin təhlili ön plana keçdi və faciənin baş vermə səbəbləri araşdırılmağa başladı.
f.ü.e.d. Fizuli Qurbanov 20 Yanvar hadisəsinin siyasi əhəmiyyətindən danışaraq qeyd etdi ki, bu kimi hadisələr SSRİ-nin digər bir neçə respublikalarında baş versə də, 20 Yanvar hadisələrinin SSRİ-nin dağılmasına bir başa təsiri oldu.
Sonra İnstitutun əməkdaşı f.ü.e.d. Xatirə Quliyeva və digəriləri öz çıxışlarında 20 Yanvarı yalnız faciə deyil, eyni zamanda millətin özünəqayıdışı kimi qiymətləndirdilər.