11.07.2018, 10:15 - Baxış sayı: 1238

Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli doktorluq dissertasiyasını müdafiə etmişdir


Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli doktorluq dissertasiyasını müdafiə etmişdirAMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Eynulla Mədətli iyulun 4-də “Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında 5503.02 – Vətən tarixi və 5509.01 – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları ixtisasları üzrə tarix üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün “XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Müdafiəyə təqdim olunan işin elmi məsləhətçisi AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laueratı Yaqub Mahmudov, rəsmi opponentləri isə tarix üzrə elmlər doktoru, akademik. İ.Hacıyev, tarix üzrə elmlər doktoru T.Nəcəfli və tarix üzrə elmlər doktoru M.Süleymanovdur.
Fəlsəfə İnstitutunun kollektivi Eynulla Yadulla oğlu Mədətlini yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayır!
Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini Eynulla Mədətli doktorluq dissertasiyasını müdafiə etmişdir