05.07.2018, 12:32 - Baxış sayı: 1225

Fəlsəf İnstitutunun əməkdaşları İsmayıllıda olublar


Fəlsəf İnstitutunun əməkdaşları İsmayıllıda olublar İyunun 30-da Fəlsəfə İnstitutunun bir qrup əməkdaşı istirahət üçün Şirvan zonasına səfər etmişdir. İl boyu yaradıcılıqla məşğul olan əməkdaşlar Azərbaycanın, İsmayıllı (“Düzənlik şəlaləsi”, “Günəş park”, “Asma körpü”,Bədo) və Mərəzə (QobuLand) kimi yaşıllıqlara qərq olmuş rayonlarında səmərəli bir gün keçirmiş, yaxşı istirahət etmişlər.
Fəlsəfə institutunun ənənələrini yaşadan kollektiv böyüklərdən (Qabil müəllim, Adil müəllim, Gülarə xanım və Sənubər xanımın) nəzarəti altında qarşılıqlı hörmət və anlaşma şəraitində xoşbəxt bir gün keçirmişlər. Bu tədbirə institutun rəhbərliyi səviyyəsində qatılmış (Səbinə xanım (kadırlar şöbəsinin müdiri), Sevinc xanım (institutun elmi katibi), Güldanə xanım (baş mühasib) xanımlar kollektivə İnistutut rəhbərliyinin, şəxsən İlham müəllimin İnistututda yaratdığı tolerant və demokratik mühitin özgüvənini təlqin etmişlər.
İstirahətə gedən iki alimin (dosentlər Mətanət Şəkixanova və İradə Zərqanayeva) həmin gün İsmayıllının Lahıc kəndində AMEA Folklor İnistitutu və Azərbaycan Respublikası Prezident yanında Bilik Fondunun birgə keçirdiyi “Folklor: Milli kimlik kontekstində” adlı konfransın çərçivəsində İsmayıllı şəhər “Bilik evində” “Folklor nümunələrimizdə qadın obrazı” mövzusunda etdiyi məruzələr şəhər ziyalılarının nümayəndələri tərəfindən xoş qarşılanmaqla, İnistutut əməkdaşlarının fəaliyyətinin ictimai zəruri vaxtla çərçivələnmədiyini göstərir. Həmçinin konfransda Fəlsəfə İnstitunun əməkdaşları - fəlsəfə üzrə elmlər doktoru Füzuli Qurbanov və fəlsəfə üzrə elmlər doktoru Adil Əsədov məruzə ilə çıxış etmişlər.
Kollektiv belə bir günün təşkili üçün Fəlsəfə İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya xanıma öz təşəkkürlərini bildirdilər.