29.04.2024, 10:41 - Baxış sayı: 116

Tələbələrlə növbəti seminar keçirilib


Tələbələrlə növbəti seminar keçirilib

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsində Slavyan Universitetinin Sosial Elmlər fakültəsinin Regionşünaslıq (Azərbaycan üzrə) ixtisası üzrə elmi təcrübə keçən IV kurs tələbələri ilə dəyirmi masa keçirildi.
Seminarda institutun “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Ziba Ağayeva tələbələrlə “Heydər Əliyev və yüksək milli mənəvi-əxlaqi keyfiyyətlərin qorunub saxlanılmasında azərbaycançılıq ideologiyasının rolu” mövzusunda çıxış etmişdir.
Seminarda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasının milli dövlətçilik düşüncəsi kimi XX əsrin sonlarından hazırki dövrə qədər qlobal geosiyasi və iqtisadi reallıqlar fonunda dövlətçiliyin ardıcıl yüksəlişini, xalqın özünütəsdiqini, birliyini, layiqli həyat səviyyəsini, davamlı inkişafını təmin etmək, onun mənafeyini ifadə etmək qüdrətinə malik yeganə ideologiya olduğu qeyd edilmişdir. Mühazirədə bu ideologiyanın müasir Azərbaycan reallığı fonunda milli ideologiyalara məxsus hər üç səviyyədə: həm nəzəri-konseptual, həm proqram-suyasi, həm də gündəlik səviyyələrdə uğurlu rolu, milli ideologiya kimi yerinə yetirdiyi əsas funksiyaları, xalqın milli-mənəvi dəyərlərinin ifadəçisi olması və digər məsələlər yer almışdır.
Sonda tələbələrin mövzu ilə bağlı sualları cavablandırıldı.
Dəyirmi masada “Siyasətin fəlsəfəsi və Sosiologiyası” şöbəsinin əməkdaşları və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi f.ü.f.d., dos. Əli İbrahimov, kiçik elmi işçi Ceyran Hüseynli iştirak etdilər.
Tələbələrlə növbəti seminar keçirilib