01.06.2018, 09:05 - Baxış sayı: 957

Fəlsəfə İnstitutunun əməkdaşları Türkiyədə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak ediblər

Fəlsəfə İnstitutunun əməkdaşları Türkiyədə Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak ediblərAzərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü tədbirləri çərçivəsində 26-27 may 2018-ci il tarixlərində Əskişəhərdəki Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” adlı beynəlxalq konqres keçirilib. Əskişəhər Azərbaycanlılar Dərnəyi və Anadolu Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin (TÜDAM) təşkilatçılığı ilə keçirilən koqresdə AMEA Fəlsəfə İnstitutunun əməkdaşları “Azərbaycan fəlsəfə tarixi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Arzu Hacıyeva və aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli iştirak ediblər.
Konqresdə Arzu Hacıyeva “Azərbaycan fəlsəfə tarixi elm kimi: ötən əsrin 40-50-ci illərinə retrospektiv baxış”, Faiq Ələkbərli isə “Türkçülük məfkurəsinin milli demokratik təcəssümü: Azərbaycan Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.