27.05.2018, 10:36 - Baxış sayı: 830

Fəlsəfə İnstitutunun əməkdaşı sertifikatla təltif edilib


Fəlsəfə İnstitutunun əməkdaşı sertifikatla təltif edilib23-24 may 2018-ci ildə AMEA-nın Qafqazşünaslıq İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Qafqazda dövlətlərarası münasibətlər: 100 il əvvəl və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. AMEA-nın Fəlsəfə İnstitutunun “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi s.e.f.d., dos. Davud Həşimov konfransda iştirak etmişdir. Konfransın VIII bölməsində “Müasir geosiyasi proseslərdə ikili standartlar və Azərbaycan” mövzusunda məruzə ilə çıxış etmişdir. O, müasir geosiyasi durum, ikili standartlar siyasəti və onun nəticələri, Azərbaycan və ona qarşı olan ikili standartlar siyasəti və digər məsələlər barəsində çıxış edərək dünya siyasətində baş verən son siyasi, hərbi hadisələrini şərh edən D. Həşimov konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir. Sonda Davud Həşimov sertifikatla təltif edilmişdir.
Fəlsəfə İnstitutunun əməkdaşı sertifikatla təltif edilib