23.05.2018, 15:23 - Baxış sayı: 955

Fəlsəfə İnstitutunun əməkdaşları Cümhuriyyətinin 100 illiyi münasibətilə ilə keçrilən tədbirdə iştirak ediblər


Fəlsəfə İnstitutunun əməkdaşları Cümhuriyyətinin 100 illiyi münasibətilə ilə keçrilən tədbirdə iştirak ediblər22 may 2018-ci il tarixində Bakı şəhəri Xətai rayonunun 249 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə AMEA Fəlsəfə İnstitutunun “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin əməkdaşları çıxış etmişlər. Məktəbin direktoru fiz.ü.f.d. Nizami Bayramov tədbiri açıq elan edərək AXC-nin tarixi haqqında məlumat verdi. Sonra “Davamlı inkişafın fəlsəfəsi” şöbəsinin müdiri, f.ü.e.d., prof. Sakit Hüseynov “Azərbaycan Xalq Cümhuriyyəti: müasirlik və varislik” mövzusunda çıxış edərək AXC-nin İslam şərqində ilk demokratik respublika olduğunu və AXC-nin xalqımızın qürur mənbəyi kimi şərh etdi. Bundan sonra həmin şöbənin əməkdaşı böyük elmi işçi, f.ü.f.d. Şöhlət Zeynalov “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım siyasəti”, şöbənin kiçik elmi işçisi Hafizə İmanova isə “AXC-nin dünya arenasında tanıtımında M. Ə. Rəsulzadə, Ə. Topçubaşov, Fətəli xan Xoylu və Nəsib bəy Yusifbəyli və başqalarının fəaliyyəti” mövzusunda məruzə ilə çıxış ediblər.
Məzruzələrdən sonra şagirdlər onları maraqlandıran suallarla məruzəçilərə müraciət ediblər. Tədbir qarşılıqlı müzakirələrlə sona çatıb.
Fəlsəfə İnstitutunun əməkdaşları Cümhuriyyətinin 100 illiyi münasibətilə ilə keçrilən tədbirdə iştirak ediblər