02.05.2018, 15:15 - Baxış sayı: 1110

Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilib


Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilibAMEA Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilmişdir. İclasda İnstitutun direktoru, f.ü.e.d., professor İlham Məmmədzadə, AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə, AMEA Qadınlar Şurası elmi katibi, f.ü.f.d. Samirə Kadiyeva, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının Qadınlar Şurasının üzvü Xədicə Muradlı və digərləri çıxış edərək AMEA-da Qadınlar Şurasının yaradılmasının zəruri olduğunu bildiriblər.
İnstitut Qadınlar Şurasının sədri vəzifəsinə “Müasir siyasətin fəlsəfəsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru Lalə Mövsümovanın namizədliyi irəli sürüldü.
Digər namizədlər barədə təklif olmadığına görə, Lalə Mövsümovanın namizədliyi toplantının açıq səsverməsinə təqdim edildi. Yığıncaq iştirakçıları yekdilliklə Lalə Mövsümovanın namizədliyinin lehinə səs verdilər.
Daha sonra İnstitutun Qadınlar Şurasının üzvləri seçildi. Təklif və müzakirələr nəticəsində Şura üzvlüyünə Leyla Həmidova (katib) Fəridə Əzimova, Nəzakət Salmanova, İradə Zərqanayeva, Ziba Ağayeva və Bahar Məmmədova seçiliblər.
Üzvlüyə namizəd göstərilənlərin namizədlikləri açıq səsverməyə təqdim edildi. Açıq səsvermə yolu ilə toplantı iştirakçıları hər bir namizədin lehinə yekdilliklə səs verdilər.
İclasın sonunda AMEA Qadınlar Şurasının sədri, Fəlsəfə İnstitutunun şöbə müdiri, Ailə, qadın və uşaq Problemləri üzrə Dövlət Komitəsinin İctimai Şurasının sədri, professor Rəna Mirzəzadə söz alaraq Akademiyanın qadın əməkdaşlarının Azərbaycan Respublikasının ictimai, mədəni və elm sahələrindəki uğurlarından söz açdı. Həmçinin Qadınlar Şurasının ictimai sahədə, gənc kadrlara dəstək və s. sahələr üzrə fəaliyyət istiqamətləri barədə məlumat verdi. Sonda professor R.Mirzəzadə AMEA Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis edilməsi və Şura üzvlərinin seçilməsi münasibətilə kollektivi təbrik etdi və Qadınlar Şurasına gələcək fəaliyyətində uğurlar arzuladı.
Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilib
Fəlsəfə İnstitutunun Qadınlar Şurasının təsis yığıncağı keçirilib